Məhkəmə qərarları › İş №3(031)-61/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-61/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-61/2024 07.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İnzibati xəta haqqına protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba Xaçmaz Regional şöbəsinin regional Ərazi şöbəsinin baş məsləhətçisi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Hüquqi ünvanı Şabran şəhəri, X9 küçəsi, ev 35 olan Şəxs ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba Xaçmaz Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardada əsasən Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ASC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X5 və X3 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba Xaçmaz Regional şöbəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protkolu müdafiə edərək, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, Şəxs ASC tərəfindən fiziki şəxslər X5 və X6 müvafiq podrat müqaviləsi əsasında Şəxs ASC-də müvafiq işlərə cəlb edilmiş və onlar 40 gün ərzində qapalı şəkildə cücələrin böyüdülməsi zonasında qalaraq ilk 7 gün ərzində bəslənməsinə digər günlər isə sanitar-gigiyena şəraitinə nəzarət edilməsinə və tələf olunmuş quşların həmin zonadan xaric edilməsi ilə bağlı işlərin görülməsinə cəlb edilmişlər. Şəxs ASC-də kvartal üzrə təxminən 120000-130000 quş yetişdirilir və onlardan 20000-30000 arasında quş tələf olur. Elə ay yoxdur ki, quş tələf olmasın. Şəxs ASC barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Səba ASC ilə fiziki şəxslər X5, X1, X7 və X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 587 nömrəli podrat müqaviləsindən görünür ki, sifarişçi olaraq Şəxs ASC özünün nizamnamə fəaliyyətindən irəli gələn quş əti istehsalında quşçuluq təsərrüfatı yoluxucu xəstəliklərdən qorumaq və qarşısını almaq məqsədi ilə broyler cücələrinin yetirişdirilməsi (böyütmə, bəsləmə) dövründə müvafiq qapalı zonada xidmətlərin göstərilməsini sifariş verib podratçılar şəxslər X5, X1, X7 və X6 ilə razılaşdırılmış xidmət haqqı ödəməyi, podratçı isə sifarişçinin müəyyən etdiyi qaydada broyler cücələrinin böyüdülməsi ilə bağlı həmin dövr ərzində müvafiq qapalı zonada xidmətləri göstərməyi öz öhdəsinə götürür (müqavilənin 1.1-ci bəndi). - X5 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba Xaçmaz Regional şöbəsində verdiyi izahatda Şəxs ASC ilə arasında müvafiq əmək müqaviləsi bağlanmadan və belə bir müqavilə qüvvəyə minmədən Şəxs ASC-nin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini bildirmişdir. - X6 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba Xaçmaz Regional şöbəsində verdiyi izahatda Şəxs ASC ilə arasında müvafiq əmək müqaviləsi bağlanmadan və belə bir müqavilə qüvvəyə minmədən Şəxs ASC əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini bildirmişdir. -Şəxs ASC-nin nizamnaməsinin 3.2-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi quş ətinin və digər quşçuluq məhsullarının istehsalı, tədarükü və satışı və kommersiya, topdan satış, vasitəçilik, idxal-ixrac, xarici iqtisadi fəaliyyət təşkil edir. - Şəxs ASC tərəfindən təqdim edilmiş ştat cədvəlindən görünür ki, biomühafizə və təhlükəsizlik xidməti üzrə Şabran və Abşeron biomühafizə xidmət sahəsində sahə rəisi, növbə rəisi, mühafizəçi, dezinfektor-sürücü, dezinfektor və yetişdirmə xidməti üzrə xidmət rəisi, sahə rəisi, baytar həkim, mexanik, peyvəndləyici-operator, operator, xadimə, yetişdirmə üzrə menecer, yardımçı-fəhlə, dəyirman opertoru, dənəvərləşdirici, yem preparatorçusu, elevatorçu, sürücü, yükdaşıyan fəhlə, xadimə, ekskruter operatoru və yardımçı fəhlə ştatları mövcuddur. - Şəxs ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ailə podrat müqaviləsi üzrə görülən işlər haqqında arayışdan görünür ki, ailə podrat müqaviləsi ilə xidmət göstərən şəxslər 30-45 gün ərzində aşağıda göstərilən işləri həyata keçirirlər: 1) sanitar buraxılış məntəqəsinin və geyim formalarının təmizliyi; 2) sexlərin arxa hissəsinə 15 metr hissəyə samanın yayılması (yanğın təhlükəsizliyi səbəbindən formaldehid adlı kimyəvi dərman vurulduğu üçün həmin hissəyə saman verilmir, ona görə ailə podratı həmin hissəni özü yayır və yerə şərait yaradır); 3) su və yem xətlərini nizamlayır; 4) sexin orta hissəsini setkalı dəmir aqradalanan bölür və ilk günlər cücə həmin hissədə qalır; 5) həmin hissəyə “BK-40 “ xüsusi kağız sərilir və əlavə yem qabları qoyulur və kağız maksimum 4 gün sexdə qalır; 6) cücələr inkubatoriya sahəsindən cücə saxlama damlarına qəbul olunarkən kontrol məqsədi üçün ailə podratı tərəfindən sayılır. 7) 3-cü gün aqradanın bir tərəfini açır məsafəni genişləndirir və cücəni arxa hissəyə buraxır; 8) 5-ci gün qabaq aqradanıda açır və cücə sexə tam buraxılır; 9) əlavə yem, qablara ilk 7 gün əlnən yemləmə aparılır əsasən; 10) hər gün sexdə ölən, tələf olunan cücələri yığır və sayır; 11) gündəlik sexin bütün məlumatlarını (içilən suyun,yemin və tələf olunanların sayını) ’’Whatsapp” qrupları vasitəsi ilə bölüşürlər; 12) vaksin olan zaman cücələrin düzgün şəkildə yayılması üçün vaksinatorlara kömək edirlər; 13) sexlərin sanitar buraxılış qovşaqları təmizlənir, qaloşlar yuyulur və dezenfeksiya maddəsi tökülür; 14) toyuqlar kəsimə getdiyi zaman yem xəttlərini və su xəttlərini qaldırıcı ilə yuxarı qaldırırlar ki, “popcat" sexə daxil ola bilsin; 15) kəsim zamanı 1 nəfər ailə üzvü kontrol məqsədi üçün kəsim tərəzisinə gedir və cücələrin çəkisinə və sayına baxırlar. - Şəxs ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə, X5 ilə isə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Şəxs ASC-yə podrat müqaviləsi ilə xidmət göstərmişdirlər. Təqdim edilmiş arayışdan görünür ki, ümumi olaraq X6 ilə 8 dəfə, X5 ilə isə 3 dəfə xidmət müqaviləsi bağlanmışdır. Göründüyü kimi, Şəxs ASC və Şükür Şükürov ilə Fuad Mirzəyev arasında olan münasibətlər əmək fəaliyyəti ilə bağlıdır. Belə ki, təqdim edilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, sonuncularla mütəmadi olaraq podrat müqaviləsi bağlanmış və tərəflərin əsl münasibəti əmək münasibətlərini pərdələməkdir. Bundan əlavə, təqdim edilən xx.xx.2024-cü il tarixli ailə podrat müqaviləsindən görünür ki, ASC-də görülən işlər mütəmadi xarakterlidir. Həmçinin, Şəxs ASC-nin nümayəndəsi izahatında bildirmişdir ki, müvafiq işlərə cəlb edilmiş şəxslər 40 gün ərzində qapalı şəkildə cücələrin böyüdülməsi zonasında qalaraq ilk 7 gün ərzində bəslənməsinə digər günlər isə sanitar-gigiyena şəraitinə nəzarət edilməsinə və tələf olunmuş quşların həmin zonadan xaric edilməsi ilə bağlı işlərin görülməsinə cəlb edilir, kvartal üzrə təxminən 120000-130000 quş yetişdirilir və onlardan 20000-30000 arasında quş tələf olur və elə ay olmur ki, quş tələf olmasın. Beləliklə, qeyd olunanlardan aydın olur ki, Şükür Şükürov ilə Fuad Mirzəyev tərəfindən görülən işlər Şəxs ASC-nin əsas fəaliyyət sahəsinə aid işlərdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİ bəndinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 7ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin Qərara əsasən Konstitusiyanın əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs ASC faktiki olaraq fiziki şəxslər X5 və X3 mütəmadi olaraq əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş və belə münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməməsinə baxmayaraq əmək müqaviləsi əvəzinə mülki hüquqi müqavilələr bağlanmışdır. Beləliklə, proses iştirakçılarının izahatları və məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC işəgötürən tərəfindən fiziki şəxslər X5 və X3 əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi tam sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Sıba ASC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-yə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini, Şəxs ASC-nin təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs ASC barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 115, 117, 128, 130 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRAR ALDİ: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar