Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-61/2025 05.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3, Qərarından şikayət verilən orqanın nümayəndəsi X2 iştirakı ilə X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən “Nərgiz” kafesi onun sahibiyindədir. Lakin o, bir neçə vaxtdır ki, qeyd olunan obyektdə rəsmi qaydada sahibkarlıq fəaliyyətini dayandırdığından, obyektdə xidmət göstərilmir. Obyektə gediş-gəlişi olmadığından 2 ədəd kolun kimin tərəfindən kəsilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra olunması üçün göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X4 ünvanlanan xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq vergi ödəyicisinin fəaliyyət növü haqqında məktubdan görünür ki, vergi orqanında mövcud olan baza məlumatlarına əsasən X7 vergi ödəyicisi kimi uçota alınmışdır və hal-hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 2 ədəd kolun budaqları kəsilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 159 nömrəli ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbdən görünür ki, X7 tərəfindən Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Nərgiz” kafesinin kənarında obyektin genişləndirilməsi məqsədilə X5 Agentliyinin müsbət rəyi olmadan tikinti işlərinə başlanılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məxsus xx.xx.2024-cü il tarixli, 88424 nömrəli aktdan görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən X4 məxsus “Nərgiz” kafesinin genişləndirilərək tikinti işlərinin aparılması müşahidə edilmişdir. Baxış zamanı 4,5x7,0 metr ölçülərdə tikintinin aparıldığı və tikinti işlərində iki ədəd birgöz (liqustrum) kolunun olduğu müəyyən edilmişdir. Kollardan birinin gövdəsi 1,5/2 metr hündürlükdən kəsilmiş, digərinin isə tikintiyə maneə olan budaqları kəsilərək inkişaf səviyyəsindən qalmamaq dərəcəsinədək zədələnmişdir. Tikinti işləri yaşıllıq zolağında aparılmaqla, yaşıllıq zolağındakı yaşıllıqlardan 0,3 metr məsafədə tikilmişdir. Tikinti yaşıllığa maneəçilik törətməkdədir. Təbriz Rzayev ərazinin ona məxsus olduğunu və tikintinin onun tərəfindən aparıldığını bilıdirməklə mülkiyyət səndlərinin FHNnin idarəsində olduğunu söyləmişdir. İş materiallarında olan X7 tərəfindən verilən xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, “Nərgiz” kafesi ona məxsusdur sənədlər FHN-dədir. Hal-hazırda kafe genişləndirilərək onun tərəfindən tikinti işləri aparılmaqdadır. Ərazi əvvəllər yaşıllıq zolağı olduğu üçün 1 ədəd liqustrum kolu otağın içərisində qalmışdır. Kolun budaqları kəsilsə də, özü yerində qalmışdır. Kolun yerinin dəyişdirilməsi üçün hara müraciət edəcəyini bilməmişdir. Onun bildiyinə görə liqustrum kolu olan ərazinin tikinti gedən sahəyə çıxarış hazır olduqdan sonra ona məxsus olacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən “Nərgiz” kafesinin kənarında tikinti zamanı X5 Agentliyinin müsbət rəyi olmadan 2 ədəd birgöz (liqustrum) kolunun budaqları kəsildiyinə görə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək barəsində 2500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əsasən X7 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi barəsində tərtib etdiyi aktı imzalamışdır. Lakin onun qeyd edilən aktı imzalamaqdan imtina etmək imkanının olmasına baxmayaraq aktı imzalaması faktını təqsirinin Məcəllədə nəzərdə tutulan qaydada sübuta yetirilməsində əsas kimi hesab etmək mümkündür. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 6.2-ci maddəsinə əsasən ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 13.1.2-ci maddəsinə əsasən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X5sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X5sının obyekti olan və X5sının müsbət rəyi olan layihə həyata keçirildikdə yaşıllıqların götürülməsinə yol verilir. Göründüyü kimi yaşıllıqların götürülməsi üçün X5sının müsbət rəyi tələb olunsa da, sözügedən ərazidə X5sının müsbət rəyi olmadan 2 ədəd birgöz (liqustrum) kolunun budaqları kəsilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən X5sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X5sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan vergi ödəyicisinin fəaliyyət növü haqqında məktuba əsasən X3 vergi ödəyicisi kimi uçota alındığına və hal-hazırda fəaliyyəti aktiv olduğuna görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinin sanksiyasına əsasən vəzifəli şəxslər üçün nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş pozuntu faktının mövcudluğu aşkar görünür. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 275.1.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 X5sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən fəaliyyət həyata keçirmişdir. Bu səbəbdən də inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X3 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-61/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-61/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver