Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-63/2024 07.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 və qərardan şikayət verilən orqanın nümayəndəsi X6 iştirakı ilə X2 Şabran rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəi Binəqədi Rayon Məhkəməsinin 3(001)-492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 Şabran rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şabran rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Liman kəndi ərazisində yerləşən istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mişar daşından qanunsuz tikinti işləri apardığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X1 gedən torpaq sahəsinin X8 tərəfindən icarəyə götürüldüyünü, həmin torpaq sahəsində tikinti işlərinin X8 tərəfindən həyata keçirildiyini, onun həmin torpaq sahəsində hər-hansı bir tikinti işləri aparmadığını, orada sadəcə faktiki olaraq günəmuzd gəlir qarşılığında qoyunların bəslənməsinin təmin etməsini və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmadığını nəzərə alaraq, Şabran rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş zrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək, protokolun ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verilən orqanın nümayəndəsi X9 məhkəmə iclasında bildirmişdir ki, Şabran rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Liman kəndi ərazisində yerləşən istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mişar daşından qanunsuz tikinti işləri apardığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 həmin qərardan verdiyi şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin rədd edilməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X4 barəsində Şabran rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş 054724 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, **********27 reyestr nömrəli Şabran rayonunun Liman kəndi ərazisində yerləşən 70.0 hektar torpaq sahəsi kateqoriyasına (məqsədi təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran rayon İcra Hakimiyyəti **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il qeydiyyat tarixli Şabran rayonunun Liman kəndi ərazisində yerləşən 70.0 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2005-ci il tarixdən xx.xx.2104-cü il tarixədək 99 il müddətinə X5 icarəyə vermişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-450/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 istifadəsində olan Şabran rayonunun Liman kəndi ərazisində yerləşən 70,0 hektar torpaq sahəsinin təqribən 300 kvadratmetr hissəsində mişar daşından tikinti işləri aparması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsinin müdiri vəzifəsini icra edən X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. - Şabran rayon İcra Hakimiyyətinin inzibati hüquq pozmaların tənzimlənməsi üzrə komissiyanın sədri X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Liman kəndi ərazisində yerləşən istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mişar daşından qanunsuz tikinti işləri apardığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 istifadəsində olan Şabran rayonunun Liman kəndi ərazisində yerləşən 70,0 hektar torpaq sahəsinin təqribən 300 kvadratmetr hissəsində mişar daşından tikinti işləri aparması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, Şabran rayon İcra Hakimiyyətinin tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 da həmin tikinti işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli tikilinin olduğu torpaq sahəsinin Dilbər Babayevaya icarəyə verilməsinə, o cümlədən Şabran İcra Hakimiyyətində Əhəd Quliyevin adına rəsmiləşdirilən və həmin torpaq sahəsinin onun icarəsinə verilməsinə dəlalət edən heç bir sənədin olmamasına baxmayaraq, müvafiq qərar müvafiq maddənin subyekti olmayan şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Şabran rayon İcra Hakimiyyətinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X2 xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Liman kəndi ərazisində yerləşən istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mişar daşından qanunsuz tikinti işləri aparmasını təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olması, yəni inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən olan subyekt və obyektiv cəhətin (onun kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mişar daşından qanunsuz tikinti işləri aparmasının) mövcudluğu sübuta yetirilməmişdir. Şabran rayon İcra Hakimiyyətinin yalnız öz subyektiv mülahizələrinə əsasən və X3 istifadəsində olan Şabran rayonunun Liman kəndi ərazisində yerləşən 70,0 hektar torpaq sahəsinin təqribən 300 kvadratmetr hissəsində mişar daşından tikinti işləri aparması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini nəzər almadan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X2 Şabran rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 395.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Şabran rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 395.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-63/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-63/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver