Məhkəmə qərarları › İş №3(031)-63/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-63/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-63/2025 21.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Məhəmmədov Məhəmməd Möhlət oğlunun iştirakı ilə, Məhəmmədov Məhəmməd Möhlət oğlunun xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs Məhəmmədov Məhəmməd Möhlət oğlu xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Məhəmmədov Məhəmməd Möhlət oğlu xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyim istinad edilərək 600 (altı yüz) manat cərimə tətbiq edilmişdir. Məhəmmədov Məhəmməd Möhlət oğlu həmin qərar ilə razı deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.1-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən isə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhəmmədov Məhəmməd Möhlət oğlu “MAN” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin etibarnamə əsasında idarə edir. Vaxtaşırı Quba-Bakı-Quba istiqamətində tikinti materialları – çınqıl və daş daşıyır. Avtomobilin yük hissəsinin dolu vəziyyətində Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamamışdan əvvəl avtomobil çəkilir və müvafiq çəki müəyyən olunaraq tərəzi qəbzi tərtib edilir. xx.xx.2025-ci il tarixdə, “MAN” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin yük hissəsində qum-çınqıl ilə dolu vəziyyətdə hərəkətə başlamamışdan əvvəl avtomobilin yükü tərəzidə çəkilib, tərəziyə giriş və çıxış saatı, nəqliyyat vasitəsinin qeydiyyat nişanı, yükün çəkisi, taranın çəkisi və ümumi çəki qeyd edilmişdir. Həmin qəbzdə giriş saatı tarix xx.xx.2025-ci il, saat 02:21, çıxış saatı xx.xx.2025-ci il, saat 02:22 və nəqliyyat vasitəsinin yük hissəsi 25110 kiloqram, nəqliyyat vasitəsinin çəkisi 14750 kiloqram, ümumi çəki isə 39860 kiloqram qeyd edilmişdir. Lakin, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı qərarında isə limit 40000 kiloqram olduğu halda nəqliyyat vasitəsini ümumi çəkisinin 42670 kiloqram olduğu qeyd edilmişdir. Qeyd edilənlər videogörüntü və foto şəkillərdə də əks olunsa da tərtib edilmiş qəbzdə isə nəqliyyat vasitəsinin ümumi çəkisinin 39860 kiloqram olduğu qeyd edilmişdir. Göründüyü kimi kamera vasitəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərarın həqiqiliyi tərtib edilmiş qəbz əsasən şübhə altındadır və inzibati xətanın tördilməsinə israr edilməsinə əsas ola bilməz. Məhəmmədov Məhəmməd Möhlət oğlu bu halları nəzərə alaraq xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs Məhəmmədov Məhəmməd Möhlət oğlu şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə və Azərbaycan Yerüstü Nəqliyyat X2 Şəxsinə hazırki iş üzrə xx.xx.2025ci il tarixə, saat 10:00-a təyin edilmiş açıq məhkəmə baxışı iclasın barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat X2 Şəxsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, nümayəndələrinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat X2 Şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən qərardan şikayət verən şəxs Məhəmmədov Məhəmməd Möhlət oğlunun şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, fərdi identifikasiya nömrəsi “7LCJPGY” olan xx.xx.2000ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Məhəmmədov Məhəmməd Möhlət oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən qərardan şikayət verən şəxs Məhəmmədov Məhəmməd Möhlət oğlunun sürücülük vəsiqəsinə dair məlumatlardan görünür ki, onun adına xx.xx.2034-cü il tarixə kimi qüvvədə olan B1,B,C1,C,D1,D,C1E və CE kateqoriyalı BD seriyalı, 089288 saylı sürücülük vasitəsi vardır. - Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 05:42:44-də, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində (Şabran rayonunun Mollakamallı kəndi – Bakı istiqaməti) hərəkətdə olan “MAN” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42670 kiloqram təşkil etmişdir. - xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Məhəmmədov Məhəmməd Möhlət oğlu xx.xx.2025-ci il tarixdə, saat 05:42:44-də, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində (Şabran rayonunun Mollakamallı kəndi – Bakı istiqaməti) hərəkətdə olan “MAN” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 32395 saylı tərəzi qəbzindən görünür ki, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 02:22:08-də ümumi çəkisi 39860 kiloqram təşkil etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Məhəmmədov Məhəmməd Möhlət oğlu tərəfindən məhkəməyə təqdim edilmiş 32395 saylı tərəzi qəbzi ilə xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 kiloqramdan aşağı (39860 kiloqram) olduğu aşkar edilsə də, qərarından şikayət verilən orqan tərəfindən bu halları təqzib edən, o cümlədən “MAN” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 05:42:44-də, M-1, yəni Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində (Şabran rayonunun Mollakamallı kəndi – Bakı istiqaməti) hərəkətdə olduğu zaman ümumi çəkisinin 42670 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərə və elektron tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Məhəmmədov Məhəmməd Möhlət oğlu tərəfindən məhkəməyə təqdim edilmiş həmin göstəricilərin həqiqəti əks etdirmədiyi, tərəzinin həmin vaxtı nasaz ola biləcəyi və **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X1 X3) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X1 X3 40 tonu aşmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Məhəmmədov Məhəmməd Möhlət oğlu tərəfindən məhkəməyə təqdim edilmiş 32395 saylı tərəzi qəbzi ilə onun idarə etdiyi “MAN” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 05:42:44-də, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində (Şabran rayonunun Mollakamallı kəndi – Bakı istiqaməti) hərəkətdə olduğu zaman ümumi çəkisinin 42000 kiloqramdan aşağı (39860 kiloqram) olduğu aşkar edilsə də, 40 tonluq icazə verilən ümumi kütlənin 05 faizi 2 ton təşkil edir. Belə olan halda isə “MAN” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42000 ton və bu çəkidən yuxarı olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş üzərində olsa da, sonuncu Məhəmmədov Məhəmməd Möhlət oğlu tərəfindən idarə etdiyi “MAN” yük markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 05:42:44-də, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində (Şabran rayonunun Mollakamallı kəndi – Bakı istiqaməti) hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə Məhəmmədov Məhəmməd Möhlət oğlu əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Məhəmmədov Məhəmməd Möhlət oğlunun xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25869050 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Məhəmmədov Məhəmməd Möhlət oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar