Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-66/2025 21.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X5 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2024-cü il tarixdə pay torpaqların kənarında qoyun otarırdı. Qoyunları otardığı vaxt hava bərk soyuq olduğu üçün bir az çöl-çöp kol tapıb od yandırıb qızınırdı. Yaxınlıqda ki, fermada itlər olduğu üçün özünü müdafiə etməyə görə üzərində yaba da gəzdirirdi. Bu vaxtı ona şəxsi maşınları ilə iki nəfər şəxs yaxınlaşaraq ona orada ağacları kəsdiyini bildirərək onun ətrafını axtarmağa başlamışlar, lakin ətrafda heç bir kəsici alət tapmadılar ki, şəklini çəksinlər. Nəticədə sadəcə onun şəklini çəkmişlər. O, bununla bağlı onlara öz etirazını bildirmişdir. Çünki onun nə ağaclardan nədəki digər işlərdən xəbərim yox idi. Bununla yanaşı o, həmin şəxslərə yenidən onun nə əlində nədə yanında mişar və yaxud kəsici alətlər olmadığını bildirmiş və onlara izah etmişdir ki, o, həmin ərazidə hərdən qoyun otarır. Həmin şəxslər orada onun şəklimi çəkib getdikdən sonra o, qoyunları otarmağa davam etmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə 5 saylı regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən ona məktub və bildiriş göndərmişdir. Məktubda xx.xx.2025-ci il tarixdə, saat 10:45-də onu həmin idarəyə dəvət edildiyi qeyd edilmişdir. O, qeyd olunan tarixdə və saatda 5 saylı regional Ekologiya və Təbbi sərvətlər idarəsinə gəlmiş və yazı yaza bilmədiyi üçün qabaqcandan izahat yazdırıb evində qol çəkib ora aparmışdır. Həmin izahatda bildirmişdir ki, onun ağac kəsməkdən və yaxud kol kəsməkdən heç bir xəbəri olmamış, sadəcə oralarda qoyun otarırmışdır. Adil adlı şəxs onu otağa dəvət edərək ona həmin işləri boynuna almasını təklif edərək və sənədlərə qol çəkəcəyi təqdirdə ona az məbləğdə cərimə yazacağını bildirmişdir. O isə buna cavab olaraq heç bir yerdə işləmədiyini və ailəsini güclə dolandırdığını bildirmiş və onu şərləməməlirini xahiş etmişdir. Əlavə olaraq 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Dəvəçi İnzibati Ərazi X9 və Murad Muradov tərəfindən tərtib edilmiş aktda iştirak edən Coşqun Qasımov aktda olan imzanın ona aid olmadığını bildirmişdir. X5 bu halları nəzərə alaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 rayonunun Dəvəçi kəndi yaxınlığında meşə fonduna daxil olmayan və pay torpaqlarının kənarında yerləşən yaşlıq zolağında ağac və kolları kəsərək məhv etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 252.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 həmin qərardan verdiyi şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin rədd edilməsini, sözü gedən qərarın isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, X3 törətmədiyi əməli üstünə götürməyi təklif eləmədiyini, X2 törətdiyi inzibati xəta əməli ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edildiyini və orada izahatı alındıqdan sonra barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, 88384 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şabran rayonunun Dəvəçi kəndi İnzibati Ərazi Dairəsinin ərazisində keçirilən nəzarət tədbirləri nəticəsində X2 yaşıllıq zolağında ağac və kolları kəsərək məhv etdiyi aşkar edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Dəvəçi kəndi yaxınlığında pay torpağının kənarında yaşıllıq zolağında ağac və kolları kəsərək məhv etdiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 252.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 ünvanlandığı xx.xx.2025-ci il tarixli, Ç- BM/4425-009 saylı məktubdan görünür ki, X5 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, saat 10:45-ə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonunun Dəvəçi kəndi yaxınlığında meşə fonduna daxil olmayan və pay torpaqlarının kənarında yerləşən yaşlıq zolağında ağac və kolları kəsərək məhv etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 252.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - İnzibati xəta hadisəsinin özündə əks etdirən fotoşəkillərdən görünür ki, X5 qaladığını tonqalın qarşısında dayanmışdır və həmin ərazinin yaxınlığında ağaclar kəsilmişdir. Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli, 957-İVQ nömrəli Qanununun 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli, 957-İVQ nömrəli Qanunu meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Beləliklə məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 253.2-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 xx.xx.2024-cü il tarixdə, Şabran rayonunun Dəvəçi kəndi yaxınlığında meşə fonduna daxil olmayan və pay torpaqlarının kənarında yerləşən yaşlıq zolağında ağac və kolları qanunsuz kəsərək və məhv edərək (yandıraraq) Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tövsif edilmişdir. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin dəlilləri isə h qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Bununla yanaşı X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, X2 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №3(031)-66/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-66/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver