Məhkəmə qərarları › İş №3(031)-662/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-662/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-662/2022 29.11.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X13, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X11, Zərər çəkmiş şəxs X1, Zərər çəkmiş şəxs X8, Zərər çəkmiş şəxs X6 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxx 1986-cı il tarixdə Quba rayonunda andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba şəhəri, 34 nömrəli TTSMD-nin ərazisi ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X17 tərəfindən tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 21 noyabr 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-662/2022 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X17 tərəfindən tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 21 noyabr 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-663/2022 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X17 tərəfindən tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 21 noyabr 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-664/2022 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 21 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X17 tərəfindən tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 21 noyabr 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-665/2022 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Məhkəməsinin 3(031)-663/2022 nömrəli inzibati xəta haqqında işi üzrə 21 noyabr 2022-ci il tarixdə qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-663/2022 nömrəli inzibati xəta haqqında işi üzrə icraata məhkəmənin icraatında olan 3(031)-662/2022 və 3(031)-663/2022 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək 3(031)-662/2022 nömrə altında eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Məhkəməsinin 3(031)-664/2022 nömrəli inzibati xəta haqqında işi üzrə 21 noyabr 2022-ci il tarixdə qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-664/2022 nömrəli inzibati xəta haqqında işi üzrə icraata məhkəmənin icraatında olan 3(031)-662/2022 və 3(031)-664/2022 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək 3(031)-662/2022 nömrə altında eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Məhkəməsinin 3(031)-665/2022 nömrəli inzibati xəta haqqında işi üzrə 21 noyabr 2022-ci il tarixdə qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-665/2022 nömrəli inzibati xəta haqqında işi üzrə icraata məhkəmənin icraatında olan 3(031)-662/2022 və 3(031)-665/2022 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək 3(031)-662/2022 nömrə altında eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında materiallardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dələduzluq yolu ilə zərər çəkmiş şəxs X14 məxsus 300 (üç yüz) manat məbləğində pul vəsaitini, zərər çəkmiş şəxs X2 məxsus 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaitini, zərər çəkmiş şəxs X12 məxsus 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaitini və zərər çəkmiş şəxs X9 məxsus 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaitini ələ keçirərək xırda talama etmişdir. Qeyd edilən faktlarla bağlı Şabran Rayon Polis Şöbəsinə 14 sentyabr 2022-ci il tarixdə Şabran Rayon Prokurorluğundan daxil olmuş müraciət əsasında müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla iş üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin sözü gedən əməllərdə inzibati xəta tərkibi olması müəyyən edildiyindən, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat işinin başlanılmasından ötrü qərarın surəti Şabran Rayon Polis X5 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq protokollar tərtib edilmiş və toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X17 öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dələduzluq yolu ilə zərər çəkmiş şəxs X14 məxsus 300 (üç yüz) manat məbləğində pul vəsaitini, zərər çəkmiş şəxs X2 məxsus 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaitini, zərər çəkmiş şəxs X12 məxsus 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaitini və zərər çəkmiş şəxs X9 məxsus 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaitini ələ keçirərək xırda talama etdiyini göstərmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməlləri törətdiyini etiraf edərək, törətmiş olduğu əməllərdən peşman olduğunu, hazırda törətdiyi inzibati xətalar nəticəsində zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödədiyini və onlarla barışdığını bildirmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X16 məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənildiyini, hazırda Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını və Şəxs ilə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X4 məhkəmə iclasında məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənildiyini, hazırda Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını və Şəxs ilə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X15 məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənildiyini, hazırda Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını və Şəxs ilə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X6 məhkəmə iclasında məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənildiyini, hazırda Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını və Şəxs ilə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək və proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata törədilmiş əməllər nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən və zərər çəkmiş şəxslərlə barışıq əldə edildiyindən xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilmiş xüsusiyyətləri və Azərbaycan Respublikasının Qanunvericiliyinin müvafiq müddəalarının tələblərini nəzər alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata törədilmiş əməllər nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən və zərər çəkmiş şəxslərlə barışıq əldə edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 39 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata törədilmiş əməllər nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən və zərər çəkmiş şəxslərlə barışıq əldə edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar