Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-75/2024 05.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X14, Zərər çəkmiş şəxs X5, Zərər çəkmiş şəxs X2 iştirakı ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1994-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(031)-377/2023 saylı, xx.xx.2023cü il tarixli Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələri üzrə ümumilikdə 5388 (beş min üç yüz səksən səkkiz) manat 50 (əlli) qəpik məbləğində ödənilməmiş pul borcunun yaranmasına baxmayaraq, o, icra məmurunun həmin icra vərəqələrinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələri üzrə ümumilikdə 5388 (beş min üç yüz səksən səkkiz) manat 50 (əlli) qəpik məbləğində ödənilməmiş pul borcunun yaranmasına baxmayaraq, o, maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək icra vərəqələrini icra etməmiş və hazırda onun sözü gedən icra vərəqələri üzrə 5388 (beş min üç yüz səksən səkkiz) manat 50 (əlli) qəpik məbləğində ödənilməmiş pul borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələrindən, həmin icra vərəqələrində göstərilən tələblərdən və icra vərəqələri üzrə olan pul borclarından xəbəri var. İcra vərəqələrinə hörmətlə yanaşır, onları icra etməkdən qərəzli olaraq boyun qaçırmır, maddi imkanının pis olması səbəbi ilə sözü gedən icra vərəqələri üzrə ödənişləri edə bilmədiyi üçün hazırda 5388 (beş min üç yüz səksən səkkiz) manat 50 (əlli) qəpik məbləğində ödənilməmiş pul borcu yaranıb. Ona vaxt veriləcəyi təqdirdə yaranmış pul borcunu hissə-hissə ödənişlər edərək yaxın zamanda tam şəkildə ödəyə bilər. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)- 368/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə zərər çəkmiş şəxs X11 25 (iyirmi beş) manat, 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə zərər çəkmiş şəxs X12 10 (on) manat, 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə zərər çəkmiş şəxs X6 30 (otuz) manat, 2(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə zərər çəkmiş şəxs Şəxs isə 10 (on) manat məbləğində ödəniş etmişdir. Bunu təsdiq edən qəbzləri məhkəməyə təqdim edərək xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs zərər çəkmiş şəxs X1 Vüsal Namiz oğlunun məhkəmə qətnaməsinə əsasən ona olan borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırdığını bildirərək, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında Şəxs müvafiq məhkəmə qətnaməsi üzrə ona olan borcunu tam şəkildə ödəməkdən boyun qaçırdığını göstərərək, onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X19 bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Hazırki işin faktiki hallarından isə görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs məhkəmə qətnamələri əsasında verilmiş icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırmır, maddi vəziyyətinin ağır olması səbəbi ilə həmin icra sənədlərini tam şəkildə icra etməmişdir və maddi vəziyyətinin ona imkan verdiyi məbləğlərdə ödənişləri xx.xx.2024-cü il tarixdə müvafiq icra sənədləri üzrə tələbkarlarının xeyrinə ödəmişdir. Bu halları nəzərə alaraq, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 950 (doqquz yüz əlli) manat pul alınıb X5 xeyrinə ödənilməlidir. - Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 430 (dörd yüz otuz) manat pul alınıb X8 xeyrinə ödənilməlidir. - Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3675 (üç min altı yüz yetmiş beş) manat pul tələbi alınıb X4 xeyrinə ödənilməlidir. - Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 3(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 598 (beş yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik alınıb X2 xeyrinə ödənilməlidir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə zərər çəkmiş şəxs X11 25 (iyirmi beş) manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə zərər çəkmiş şəxs X12 10 (on) manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə zərər çəkmiş şəxs X6 30 (otuz) manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə zərər çəkmiş şəxs Şəxs isə 10 (on) manat məbləğində ödəniş etmişdir. - Zərər çəkmiş şəxs X8 Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs şikayətçidir və onun barəsində tədbir görülməsini xahiş edir. - Zərər çəkmiş şəxs X4 Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs şikayətçidir və onun barəsində tədbir görülməsini xahiş edir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələrində göstərilən tələblər və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. - Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)- 319/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-265/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələri üzrə ümumilikdə 5388 (beş min üç yüz səksən səkkiz) manat 50 (əlli) qəpik məbləğində ödənilməmiş pul borcunun yaranmasına baxmayaraq, o, icra məmurunun həmin icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırır. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)- 368/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(031)- 265/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(031)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələri üzrə ümumilikdə 5388 (beş min üç yüz səksən səkkiz) manat 50 (əlli) qəpik məbləğində ödənilməmiş pul borcu yaranmışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 6cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikasının "İcra haqqında" xx.xx.2001-ci il tarixli, 243-İİQ nömrəli Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini, həmçinin tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.
3. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 11:10-dan hesablansın.
4. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.
5. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Könül Mirzəfərova