Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 3(031)-75/2025 17.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1977-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx.xx.2025-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin X12 küçəsi ərazisində yerləşən “Kolxoz” bazarı adlanan ərazidə zərər çəkmiş şəxs X8 ilə mübahisə etdiyi zaman zərər çəkmiş şəxsi vuraraq, qəsdən X6 fiziki ağrı yetirmişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs X8 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və həmin müraciət əsasında toplanmış material üzrə Şabran Rayon Polis X5 təhqiqatçısı X9 tərəfindən icraatında olan HK-1/65 saylı material nəzərdən keçirilərək xx.xx.2025-ci il tarixdə cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Şabran Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Şabran Rayon Polis X2 Bölməsində müvafiq inzibati araşdırma aparılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair müvafiq protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin X12 küçəsi ərazisində yerləşən “Kolxoz” bazarı adlanan ərazidə xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin X12 küçəsi ərazisində yerləşən “Kolxoz” bazarı adlanan ərazidə zərər çəkmiş şəxs X6 fiziki ağrı yetirdiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf etməyərək, göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin X12 küçəsi ərazisində yerləşən “Kolxoz” bazarı adlanan ərazidə zərər çəkmiş şəxs X6 fiziki ağrı yetirməmişdir və onu vurmamışdır. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq Şabran Rayon Polis X5 təhqiqatçısı X9 tərəfindən icraatında olan HK-1/65 saylı material nəzərdən keçirilərək qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərarın ona təqdim edilmədiyini və həmin qərarla da razı olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatları dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, hazır ki iş üzrə məhkəmə baxışı iclasında Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun Şabran Rayon Polis X5 təhqiqatçısı X9 tərəfindən icraatında olan HK-1/65 saylı material nəzərdən keçirilərək qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərar əsasında tərtib edildiyi, həmin qərarın isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilmədiyi (Şabran Rayon Polis Şöbəsi tərəfindən həmin qərarın Şəxs təqdim edilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir) aşkar edildiyindən, o cümlədən bu halları da işə baxılarkən tamamlamaq mümkün olmadığından, Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şabran Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şabran Rayon Polis Şöbəsinə geri qaytarılsın.
2. Qərardad qətidir və ondan apelyasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ayaz Məmmədov