Məhkəmə qərarları › İş №3(031)-77/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-77/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-77/2024 29.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.2005-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Əmirxanlı məhəlləsi ərazisində yerləşən kafedən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 90 (doxsan) manat dəyərində 01 (bir) ədəd laqonda, 01 (bir) ədəd drel və 01 (bir) ədəd elektrik taxta kəsici mişarı oğurlamışdır. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il Şabran Rayon Polis Şöbəsinə ərizə vasitəsi ilə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material əsasında cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X9 tərtib elədiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Əmirxanlı məhəlləsi ərazisində yerləşən kafedən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 90 (doxsan) manat dəyərində 01 (bir) ədəd laqonda, 01 (bir) ədəd drel və 01 (bir) ədəd elektrik taxta kəsici mişarı oğurladığını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Əmirxanlı məhəlləsi ərazisində yerləşən kafedən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd laqonda, 01 (bir) ədəd drel və 01 (bir) ədəd elektrik taxta kəsici mişarı oğurladığını, lakin hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona dəymiş maddi ziyanı ödədiyini göstərmiş və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Əmirxanlı məhəlləsi ərazisində yerləşən kafedən ona məxsus ümumilikdə 90 (doxsan) manat dəyərində 01 (bir) ədəd laqonda, 01 (bir) ədəd drel və 01 (bir) ədəd elektrik taxta kəsici mişarı oğurladığını, lakin hazırda Şəxs törətdiyi inzibati xəta nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini, aralarında barışığın əldə edildiyini və Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışması səbəbi ilə inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şabran Rayon Polis X4 təhqiqatçısı X7 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəznində fəaliyyət göstərən təsərrüfat malları mağazasında 01 (bir) ədəd işlənmiş laqondanın orta bazar qiyməti 40 (qırx) manat, 01 (bir) ədəd işlənmiş drelin orta bazar qiyməti 25 (iyirmi beş) manat, 01 (bir) ədəd işlənmiş elektrik mişarın qiyməti isə 25 (iyirmi beş) manat olmaqla, həmin malların ümumi qiyməti 90 (doxsan) manat təşkil edir. - Şabran Rayon Polis X4 təhqiqatçısı X6 icraatında olan HK-1/171 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində onun tərəfindən xx.xx.2024cü il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Əmirxanlı məhəlləsi ərazisində yerləşən kafedən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 90 (doxsan) manat dəyərində 01 (bir) ədəd laqonda, 01 (bir) ədəd drel və 01 (bir) ədəd elektrik taxta kəsici mişarı oğurlanması faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən, saat 02:00-dan başlayaraq Şabran Rayon Polis X5 Yerində inzibati qaydada tutulmuşdur. - Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə, saat 23:00 radələrində, Şabran şəhərinin Əmirxanlı məhəlləsi ərazisində yerləşən kafedən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 90 (doxsan) manat dəyərində 01 (bir) ədəd laqonda, 01 (bir) ədəd drel və 01 (bir) ədəd elektrik taxta kəsici mişarı oğurlaması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs törətdiyi inzibati xəta nəticəsində ona dəymiş maddi ziyanın ödənilib, aralarında barışığın əldə edilib və onun Şəxs hər-hansı bir şikayət və ya tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 227-ci maddəsinin “Qeyd” - inə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar