Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-79/2021 02.03.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1980-ci il tarixdə Dəvəçi rayonunun Uzunboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonunun Uzunboyad kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 23 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 23 fevral 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, 2(031)-847/2020 nömrəli icra vərəqəsi üzrə 880 (səkkiz yüz səksən) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına baxmayaraq, o, həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə 23 fevral 2021-ci il tarixdə, saat 15:05-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, 2(031)-847/2020 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 oktyabr 2020-ci il tarixdən başlayaraq 28 avqust 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X3 ödənilməli olmasına baxmayaraq, Şəxs həmin icra vərəqəsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırdığını və hazırda sözü gedən icra vərəqəsi üzrə 880 (səkkiz yüz səksən) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını bildirmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Hazırki inzibati xəta haqqında iş üzrə 23 fevral 2021-ci il tarixdə, saat 15:05-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, 2(031)-847/2020 nömrəli icra vərəqəsinə əsasən ondan 26 oktyabr 2020-ci il tarixdən başlayaraq 28 avqust 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı X3 ödənilməli olduğunu və maddi vəziyyətinin pis olması səbəbi ilə həmin icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında edə bilmədiyi üçün hazırda 880 (səkkiz yüz səksən) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını göstərmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında ********* nömrəli mədaxil qəbzi məhkəməyə təqdim edərək məhkəmə qərarına hörmətlə yanaşdığını, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, 2(031)-847/2020 nömrəli icra vərəqəsində göstərilən tələbi icra etməkdən yayınmadığı, 02 mart 2021-ci il tarixdə sözü gedən icra vərəqəsi üzrə X2 hesabına 50 (əlli) manat məbləğində ödəniş etdiyini və bundan sonra sözü gedən icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında, aliment borcunu isə hissə-hissə ödənişlər edərək yaxın zamanda tam şəkildə ödəyəcəyinə dair söz verdiyini bildirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, 2(031)-847/2020 nömrəli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 oktyabr 2020-ci il tarixdən başlayaraq 28 avqust 2010cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X3 ödənilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli mədaxil qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02 mart 2021-ci il tarixdə zərər çəkmiş şəxs X2 hesabına 50 (əlli) manat məbləğində ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, 2(031)-847/2020 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 oktyabr 2020-ci il tarixdən başlayaraq 28 avqust 2010-cu il təvəllüdlü X6 və 08 aprel 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X3 ödənilməlidir. Həmin icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində14 dekabr 2020-ci il tarixli qərarla icraata başlanılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir və Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, 2(031)-847/2020 nömrəli icra vərəqəsi üzrə 880 (səkkiz yüz səksən) manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Lakin Şəxs məhkəmə iclasında verdiyi izahatından və məhkəməyə təqdim etdiyi mədaxil qəbzdən görünür ki, onun əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, 2(031)-847/2020 nömrəli icra vərəqəsi üzrə 880 (səkkiz yüz səksən) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov