Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-91/2024 24.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X4 Bölməsinin sahə rəisi Hacıyev əli Nazim oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Liman kəndi ərazisində yerləşən “Malyan” adlanan ərazidə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fermanın tövləsinin 3,70 metr enində, 1,5 metr hündürlüyündə mişar daşından olan divarı uçurtması, çoban evinin bir ədəd xırda şüşə gözlü qapısını və bir ədəd 50x60 ölçüdə plastmas pəncərənin şüşəsini sındırması və fermanı elektriklə təmin edən elektrik transformatorun yağını açıb yerə axıtması nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 970 manat 69 qəpik məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə ərizə vasitəsi ilə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material əsasında cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X4 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Məhkəməsinin 3(031)-91/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən (hakim: Mirzəfərova Könül Murtuz qızı) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-186/2024-004 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şabran Rayon Məhkəməsinin 3(031)-91/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, həmin qərar apellyasiya şikayətinə əsasən ləğv edilmiş və işə yenidən baxılması üçün material Şabran Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis Şöbəsinə məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilsə də, Şabran Rayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fermanın tövləsinin 3,70 metr enində, 1,5 metr hündürlüyündə mişar daşından olan divarın kim tərəfindən uçurdulması, çoban evinin bir ədəd xırda şüşə gözlü qapısı və bir ədəd 50x60 ölçüdə plastmas pəncərənin şüşəsinin kim tərəfindən sındırılması və fermanı elektriklə təmin edən elektrik transformatorun yağının kim tərəfindən açıb yerə axıdılması barədə məlumatı yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ferması onun qardaşı Zeynal Abdullayevin ferması ilə qonşuluqda yerləşir və qardaşı ilə Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə nəticəsində sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi səbəbi ilə qardaşının cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində qardaşının fermasına nəzarət edib. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qardaşı ilə aralarında ədavət olduğu üçün fermasına vurulmuş zərər ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət etdiyi zaman onu günahlandırmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs fermasına onun tərəfindən hər-hansı bir zərər vurulmadığını və həmin fermaya kim tərəfindən zərər vurulduğunu bilmədiyini göstərmişdir. Məhkəmədən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarası Zeynal Abdullayev ilə onun arasında olan düşmənçilik səbəbi ilə ona məxsus fermanın tövləsinin 3,70 metr enində, 1,5 metr hündürlüyündə mişar daşından olan divarı uçurtması, çoban evinin bir ədəd xırda şüşə gözlü qapısını və bir ədəd 50x60 ölçüdə plastmas pəncərənin şüşəsini sındırması və fermanı elektriklə təmin edən elektrik transformatorun yağını açıb yerə axıtması nəticəsində ona ümumilikdə 970 manat 69 qəpik məbləğində maddi ziyan dəymişdir. Şəxs onun fermasına zərər vurmasına dair sübutunun olmadığını və öz gözü ilə görməsə də, Şəxs qardaşı ilə aralarında olan ədavət səbəbi ilə sözü gedən əməllərin onun tərəfindən törədildiyini düşündüyünü göstərmişdir. Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arşında bağlanmış 00268/74 nömrəli müqaviləyə 1 saylı əlavə olan Zərərçəkmiş şəxs ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilə üzrə Şabran rayonunun Liman kəndində yerləşən sifarişçiyə məxsus qeyri yaşayış obyektinin elektrik şəbəkəsinin qurğularında görüləcək işlərə və göstəriləcək xidmətlərə dair BOE**********6517 nömrəli qiymətlərin razılaşdırma protokolundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən görüləcək işlərin yekun dəyəri (ƏDV (18%) ilə birlikdə) 705,69 manat təşkil etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, BOE**********6517 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Zərərçəkmiş şəxs məxsus fermanı elektrik enerjisi ilə təmin edən transformatorun yenidən işlək vəziyyətə gətirilməsi ilə yanaşı, digər xidmətlər də (avadanlığın tozdan və çirkdən təmizlənməsi vəs.) göstərilmiş və həmin xidmətlərlə birlikdə görüləcək işlərin yekun dəyəri (ƏDV (18%) ilə birlikdə) 705,69 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şabran Rayon Polis X6 baş təhqiqatçısı X3 ünvanlanmış 6 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 3,70 metr enində, 1,5 metr hündürlüyündə mişar daşından olan divar bərpası üçün 120 manat tələb olunur, bir ədəd xırda şüşə gözlü qapının orta bazar qiyməti 130 manat və bir ədəd 50x60 ölçüdə plastmas pəncərənin orta bazar qiyməti isə 15 manat təşkil etməklə, yuxarıda qeyd edilən əmlakların ümumi dəyəri 265 manat təşkil edir. - Şabran Rayon Polis X6 baş təhqiqatçısı X2 icraatında olan HK-1/1451 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin inzibati xəta tərkibi olması aşkar edildiyindən onun barəsində həmin maddə ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X4 Bölməsinə göndərilmişdir. - Şabran Rayon Polis X4 Bölməsinin sahə rəisi Hacıyev əli Nazim oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Liman kəndi ərazisində yerləşən “Malyan” adlanan ərazidə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fermanın tövləsinin 3,70 metr enində, 1,5 metr hündürlüyündə mişar daşından olan divarı uçurtması, çoban evinin bir ədəd xırda şüşə gözlü qapısını və bir ədəd 50x60 ölçüdə plastmas pəncərənin şüşəsini sındırması və fermanı elektriklə təmin edən elektrik transformatorun yağını açıb yerə axıtması nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 970 manat 69 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Zərərçəkmiş şəxs arşında bağlanmış 00268/74 nömrəli müqaviləyə 1 saylı əlavə olan Zərərçəkmiş şəxs ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilə üzrə Şabran rayonunun Liman kəndində yerləşən sifarişçiyə məxsus qeyri yaşayış obyektinin elektrik şəbəkəsinin qurğularında görüləcək işlərə və göstəriləcək xidmətlərə dair BOE**********6517 nömrəli qiymətlərin razılaşdırma protokolu və Dəvəçi Kolxoz Bazarı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şabran Rayon Polis X6 baş təhqiqatçısı X3 ünvanlanmış 6 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın (705 manat 69 qəpik + 265 manat = 970 manat 69 qəpik) 970 manat 69 qəpik olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinin “Qeyd” - inə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi, yuxarıda qeyd edilən normanın mənasından görünür ki, əməlin törədilməsi istinad edilən şəxsin hərəkətlərində qəsd müəyyən edilməlidir və həmin əməl nəticəsində zərərçəkənə maddi ziyan dəyməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə zərərçəkən şəxsə maddi ziyanın dəyməsi faktı mübahisəsiz hal olsa da və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği iş materiallarında olan sənədlərlə müəyyən edilsə də (970 manat 69 qəpik), iş materiallarında olan sənədlərlə (Şabran Rayon Polis X6 baş təhqiqatçısı X2 icraatında olan HK-1/1451 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərar və Şabran Rayon Polis X4 Bölməsinin sahə rəisi Hacıyev əli Nazim oğlu tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol) həmçinin sözü gedən inzibati xətanın xx.xx.2023-cü il tarixdə törədildiyi, həmin əməl üzrə xx.xx.2024cü il tarixdə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi və xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixdən 04 (dörd) aydan artıq, xx.xx.2024-cü il tarixdən isə 03 (üç) aydan artıq müddətin keçdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarını tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin həm onun hazırki iş üzrə inzibati xəta törətdiyi xx.xx.2023-cü il tarixdən, həm də həmin əməl üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər xx.xx.2024-cü il tarixə artıq başa catdığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 53, 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən Ayaz Məmmədov