Məhkəmə qərarları › İş №3(031)-96/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-96/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-96/2023 27.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlu, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol və ona əlavə edilmiş materiallar Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, hazır ki iş üzrə Şabran Rayon Polis X1 təhqiqatçısı X2 tərəfindən icraatında olan HK-1/1840 saylı materialı nəzərdən keçirilərək 26 noyabr 2022-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, işə baxılan vaxt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatması səbəbi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Şabran rayon məhkəməsi

Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə

Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmə iclasında baxılır.

İclas saat 16:50-də başlandı.

Sədrlik edən məhkəmə iclasını açıb baxılası olan işi elan etdi. Məhkəmə iclas katibi məruzə edib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən iş materiallarında olan sənədləri nəzərdən keçirərək, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyini və işə baxılan vaxt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatması səbəbi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edildiyini elan edir. Məhkəmə iclası bağlı elan olunur.

Sədrlik edən:

Katib: Azərbaycan Respublikası adından

QƏRARDAD

ŞABRAN RAYON MƏHKƏMƏSİ

Şabran şəhəri İş № 3(031)-96/2023 “24” fevral 2023-cü il

Mən, Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,

MÜƏYYƏN ETDİM:

İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120 və 109-cu maddələrinə əsasən,

QƏRARA ALDİM:

1. İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.

2. İşin baxılması 24 fevral 2023-cü il tarixə, saat 11:25-ə Şabran Rayon Məhkəməsinin binasında təyin edilsin.

3. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.

4. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.

Sədrlik edən Çingiz İsgəndərov 3(031)-96/2023

PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə)

“24" fevral 2023-cü il Şabran şəhəri

Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Şabran Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab etdi ki, onun məhkəmə icraatına qəbul edilməsinə yönələn bütün lazım olan tədbirlər görülməlidir. Hakim yerində iş üzrə materialın icraatına qəbul edilməsi və işin məhkəmədə baxılmağa hazırlanması barədə qərardad qəbul etdi.

Hakim Çingiz İsgəndərov AZƏRBAYCAN RESPUBLİKASİ ŞABRAN RAYON MƏHKƏMƏSİ

AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 Tel: (0120) 3-20-62, Faks: (0120) 3-20-62 www.shabrancourt.gov.azmailto:contact@shabrancourt.gov.azElektron ünvan

İş № 3(031)-96/2023 “24” fevral 2023-cü il

Şabran Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə

BİLDİRİŞ

Şəxs Şabran rayonu, Gəndov kəndi

Şabran Rayon Polis Şöbəsinə Şabran şəhəri, Heydər Əliyev prospekti, 4

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması 24 fevral 2023cü il tarixə, saat 11:25-ə Şabran Rayon Məhkəməsinin inzibati binasında təyin edilmişdir. Göstərilən vaxtda məhkəmə iclasına gəlməyiniz tələb olunur.

Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir.

Ünvan: AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 - Şabran Rayon Məhkəməsinin inzibati binası.

Hakim Çingiz İsgəndərov AZƏRBAYCAN RESPUBLİKASİ ŞABRAN RAYON MƏHKƏMƏSİ

AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 Tel: (0120) 3-20-62, Faks: (0120) 3-20-62 www.shabrancourt.gov.azmailto:contact@shabrancourt.gov.azElektron ünvan

İş № 3(031)-96/2023 “24” fevral 2023-cü il

Şabran Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə

BİLDİRİŞ

Şəxs Şabran rayonu, Gəndov kəndi

Şabran Rayon Polis Şöbəsinə Şabran şəhəri, Heydər Əliyev prospekti, 4

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması 24 fevral 2023cü il tarixə, saat 14:05-ə Şabran Rayon Məhkəməsinin inzibati binasında təyin edilmişdir. Göstərilən vaxtda məhkəmə iclasına gəlməyiniz tələb olunur.

Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir.

Ünvan: AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 - Şabran Rayon Məhkəməsinin inzibati binası.

Hakim Çingiz İsgəndərov

AZƏRBAYCAN RESPUBLİKASİ ŞABRAN RAYON MƏHKƏMƏSİ

AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 Tel: (0120) 3-20-62, Faks: (0120) 3-20-62 www.shabrancourt.gov.azmailto:contact@shabrancourt.gov.azElektron ünvan

İş № 3(031)-96/2023 “24” fevral 2023-cü il

Şabran Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə

BİLDİRİŞ

Şəxs Şabran rayonu, Gəndov kəndi

Şabran Rayon Polis Şöbəsinə Şabran şəhəri, Heydər Əliyev prospekti, 4

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması 27 fevral 2023cü il tarixə, saat 16:50-ə Şabran Rayon Məhkəməsinin inzibati binasında təyin edilmişdir. Göstərilən vaxtda məhkəmə iclasına gəlməyiniz tələb olunur.

Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir.

Ünvan: AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 - Şabran Rayon Məhkəməsinin inzibati binası.

Hakim Çingiz İsgəndərov

AZƏRBAYCAN RESPUBLİKASİ ŞABRAN RAYON MƏHKƏMƏSİ

AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 Tel: (0120) 3-20-62, Faks: (0120) 3-20-62 www.shabrancourt.gov.azmailto:contact@shabrancourt.gov.azElektron ünvan

İş № 3(031)-96/2023 “27” fevral 2023-cü il

Şəxs Şabran rayonu, Gəndov kəndi

Şabran Rayon Polis Şöbəsinə Şabran şəhəri, Heydər Əliyev prospekti, 4

Şabran Rayon Məhkəməsinin 3(031)-96/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarı məlumat üçün Sizə göndərilir.

Qoşma: qərar – 01 vərəq, 01 nüsxə

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar