Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1004/2023 07.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şirvan regional idarəsinin kiçik inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1976-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində xx.xx.2023cü il tarixdə saat təxminən 10:55 radələrində Şəxs ** RM *** dövlət qeydiyyat nömrə nişanlı “FORD TRANSİT” yük markalı avtomobillə yük daşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Buna görə də 09 avqust 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həmin avtomobil ona məxsusdur, həmin vaxtı, yəni xx.xx.2023cü il tarixdə meyvə-tərəvəz daşımışdır. Maddi imkanı çətin olduğu üçün yük daşımağa dair fərqlənmə nişanı almamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şirvan regional idarəsinin kiçik inspektoru X2 izahatında bildirdi ki, xx.xx.2023cü il tarixdə ** RM *** dövlət qeydiyyat nömrə nişanlı “FORD TRANSİT” yük markalı avtomobil yük daşıma fəaliyyəti həyata keçirdiyi üçün sürücüdən müəyyən olunmuş sənədlər tələb olunmuş, lakin sənədləri təqdim etməkdən imtina etmişdir. Yük daşıma fəaliyyəti ilə məşğul olması üçün fərlənmə nişanı almamışdır. Bu səbəbdən də barəsində inizbati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş 09 avqut 2023-cü il tarixli, 0001 saylı aktdan görünür ki, Əliyev X3 şəhəri, L-nt İbrahimov küçəsində xx.xx.2023-cü il tarixdə saat təxminən 10:55 radələrində Şəxs ** RM *** dövlət qeydiyyat nömrə nişanlı “FORD TRANSİT” yük markalı avtomobillə yük daşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin əməkdaşlarına təqdim etməmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə bu fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti lisenziyalaşdırılır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş hallar istisna edilməklə, xüsusi razılıq (lisenziya) olmadan və ya digər şəxslərə məxsus xüsusi razılıq (lisenziya) əsasında sərnişin və yük daşımalarının yerinə yetirilməsinə yol verilmir. Həmin Qanunun 13.3 və 13.3.6-cı maddələrinə əsasən xüsusi razılıq (lisenziya) avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarının yerinə yetirilməsi üçün verilir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində fəaliyyət üçün bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş hər bir daşıma növü üzrə ayrıca xüsusi razılıq (lisenziya) tələb olunur. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.5 və 2.10 bəndlərinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Həmin Qaydanın 3.6 və 3.10-cu bəndlərinə əsasən reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydalarının 3.3-cü bəndinə əsasən mülkiyyətində və ya istifadəsində avtomobil nəqliyyatı vasitələri olan şəxslər digər şəxslərə sifarişlə sərnişin və yük daşıma xidmətlərini göstərdikdə, bu nəqliyyat vasitələri üçün növündən və fəaliyyətini həyata keçirdiyi ərazidən asılı olaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.5-ci və 220.6-cı maddələrində nəzərdə tutulmuş qaydada vergi hesablanaraq ödənilir və “Fərqlənmə nişanı” alınır. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112-117,120-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1004/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1004/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver