Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1008/2023 25.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, hadisə baş verən gün o, evdə yatmış, övladı onu oyadıb telefonunu ona gətirərək bildirmişdir ki, İlkin zəng edir. İlkin ona bildirmişdir ki, X1 stadionunda oğlu Vidadini döyüblər, uşaqlardan ikisini saxlamış, buraya gəl, telefonla danışdıqdan dərhal sonra avtomobili ilə ora getmiş, o, ora çatanda oğlu Vidadi, İlkin və adının sonradan Çərkəz olduğunu öyrəndiyi digərinin isə adını bilmədiyi uşaq vardır, o, ora çatdıqda Vidadi onu döyənin Çərkəz olduğunu göstərmiş, o, Çərkəzdən Vidadini niyə döydüyünü soruşduqda ona Vidadini onun döymədiyini bildirmiş, sonra adının sonradan İbrahim olduğunu öyrəndiyi uşaq ona stadiondan uzaqda olan digər iki uşağı göstərib Vidadini onların döydüyünü bildirmiş, o, onları çağırdıqda onlar ona məhəl qoymayaraq uzaqlaşmağa davam etmişlər, o, hadisəni araşdırmaq üçün onları çağıra-çağıra arxalarınca getmişdir. Onların getdiyi istiqamət ilə davam etmiş və "Əlillər binası"-nın qarşısında həmin iki uşaq ilə qarşılaşmışdır. Həmin zaman adının sonradan Murad olduğunu öyrəndiyi uşaq qışqırıb anasını çağıraraq qaçmağa başlamış, həmin zaman o, bildirmişdir ki, o uşaq burada yaşayır, sonra binanın girişinin qarşısında iki qadın olmuş, o, onlardan uşağın atasını nəzərdə tutaraq valideyninin kim olmasını soruşmuş, qadınlardan biri onun valideyni olduğunu bildirmişdir. O, isə uşağın atasını soruşduqda qadın ona uşağın atasının rəhmətə getdiyini və onunla danışmasını bildirmişdir. O, isə qadınla söhbət etməyəcəyini bildirmiş, üzünü çevirib uzaqlaşmışdır. Stadiona geri qayıdarkən digər bir uşağı kimsə avtomobilində oturtmuş, adını bilmədiyi həmin kişi ondan nə baş verdiyini soruşmuş, o, isə bildirmişdir ki, onun övladını nə üçün döydüklərini araşdırmağa gəlmişdir. Həmin zaman Muradın valideyni onun arxasınca gəlmiş və yerdən daş götürərək ona demişdir ki, sənin başını partladaram. Bunu deyəndən sonra o bina tərəfə getmiş va sonradan bilmişdir ki, DİN-in 102 xidmətinə məlumat verirmişdirlər. Bundan sonra o, övladı Vidadi ilə birlikdə geri qayıtmış, Vidadini evə ötürüb özü isə avtomobilini götürmək üçün X1 yaxınlığına getmişdir. Bundan başqa o bildirmişdir ki, hər hansı mübahisə olmamış, hadisədən təxminən, 2-3 gün sonra 20 nömrəli məktəbə çağırılmış, məktəbin qarşısında o, polis əməkdaşları ilə birlikdə direktorun otağına getmişlər. Direktor ondan nə baş verdiyini soruşduqda o, bildirmişdir ki, olduğu kimi polis əməkdaşlarına danışacaqdır. O, hadisəni polis əməkdaşlarına danışmış, bundan sonra o, məktəbdən çıxmış və işinə getmişdir. Onun tərəfindən Zərərçəkmiş şəxs har hansı xəsarət yetirilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şirvan şəhərində 20 nömrəli məktəbdə oxuyur. Vidadi ilə hər hansı bir tanışlıq, dostluq münasibəti, ədavəti olmamışdır. Hadisə baş verdiyi gün saat təxminən 5-6 arası o və sinif yoldaşları Nihat Cəfərov, İbrahim Əskərli, Elcan Zeynallı, Nahid Nəcəfov və Çərkəz Cahangirov ilə X5 kompleksində futbol oynamışlar. Oyun bitdikdən sonra o, evə gedərkən sinif yoldaşı Çərkəzin Vidadi ilə davası düşmüş, dava düşən zaman o, artıq stadiondan uzaqlaşmışdır. Çərkəzin Vidadini tək yoxsa digərləri ilə vurduğunu görməmişdir. Davanın isə kimin tərəfindən başladıldığını bilməmişdir. Stadiondan uzaqlaşıb yola çıxan zaman sonradan Vidadinin atası olduğunu öyrəndiyi şəxs üzərinə hücum çəkərək və ona “nalayiq söyüşlər söyərək sənin başını kəsəcəm, səni öldürəcəm” demişdir. Ona bu sözləri dedikdən sonra o, qorxub qaçmış və o onu qovalamağa başlamışdır. O, qaçaraq ara küçələrlə yaşadığı 28 May küçəsinə gəlmişdir. O, küçəyə çatdıqdan sonra arxasına baxan zaman bir anlıq müvazinətini itirmiş və yerə yıxılmışdır. Bu zaman Vidadinin atası Elxan ona çatmış və o, yerdə olarkən onun bədəninin müxtəlif nahiyələrinə təpiklə vurmuş, sonra isə o, halsız olarkən boğazından tutaraq onu yerdən qaldırıb yumruqla qarnına vurmuşdur. Həmin vaxt yoldan keçən tanımadığı qadın onu Elxanın əlindən alıb ayırmış, bu zaman Elxan ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra isə anasını necə gəldiyi, hadisələrin necə davam etdiyi yadında deyil. Hadisədən təxminən 2 həftə sonra polis əməkdaşları onun oxuduğu 20 hömrəli məktəbə gəlmişlər. Onu sinifdən direktorun otağına çağırmışlar. Həmin vaxt otaqda Vidadi, onun atası, polıs əməkdaşları və onun sinif yoldaşları olmuş, həmin Vidadinin atası Çərkəzə onun uşağını “necə vurmusansa de mən də səni elə vuracam” demişdir. Bundan Vidadinin atasını polislər otaqdan çıxartmışlar. Sonra polislər onu göstərib demişlər ki, əgər bu uşaq vurmayıbsa niyə çağırmısınız. Daha sonra digər polis əməkdaşı ondan Vidadini kimin vurduğunu görüb-görmədiyini soruşmuş, o da, cavab vermişdir ki, arada məsafə var idi, amma Çərkəzin vurduğunu görmüşdür. Bundan sonra ona bildirmişlər ki, sən get dərsinə biz araşdıracağıq. O vaxtdan bəri həmin hadisə ilə bağlı hər hansı bir şey baş verməmişdir. Bundan başqa Vidadinin döyülməsinin videoya çəkilməsi barədə hər hansı məlumatı olmamış və bunu görməmiş, Vidadi və ya onun atası Elxanla hər hansı əlaqələrinin olmamış və aralarında heç nə baş verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Şirvan şəhər X4 Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 189 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər boyunun sağ və sol yan səthlərində - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023cü il tarixə əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir; xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə qızı tərəfindən verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1 və 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1008/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1008/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver