Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1012/2023 29.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay ,orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olan , Şirvan şəhəri Xanlar küçəsi ev 71 Q ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli 10 aprel 2015-ci ildən hesablanmaqla hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə Masallı Rayon Məhkəməsinin 2(050)-989/2015 saylı, 06 may 2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 29 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-989/2015 saylı, 06 may 2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli 10 aprel 2015-ci ildən hesablanmaqla hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Hazırda ailəlidir, bu evliliyindən iki azyaşlı övladı vardır. Fərdi əməklə məşğuldur, iş olduğu təqdirdə fəhlə işləyir. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-989/2015 saylı, 06 may 2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli 10 aprel 2015-ci ildən hesablanmaqla hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borcluya xx.xx.2016-cı il tarixdə “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb qismən icra edilmişdir. Borclunun elektron icra sistemində əks olunmuş informasiya məlumatlarından adına qeydiyyata alınmış hər hansı əmlakın və ya gəlir yerinin olmaması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Belə ki, onun qeydiyyatda olduğu ünvanda yaşamaması müəyyən olunmuşdur. Şəxs bugünə kimi ödənilməyən 3500 manat aliment borcu yaranmışdır. Şəxs xx.xx.2023-cü il tarixdə gətirilərək Şirvan şəhər İcra və probasiya şöbəsinə təhvil verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Qəfərov X3 Rayon Məhkəməsinin 2(050)-989/2015 saylı, 06 may 2015-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X4 ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-989/2015 saylı, 06 may 2015-ci il tarixli icra sənədi üzrə borcu maddi imkanı olmadığından ödəməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli,tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri,inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 29 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-1012/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1012/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver