Məhkəmə qərarları › İş №3(032)-1014/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1014/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1014/2025 24.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sərdliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30732223 saylı elektron qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası Dİn BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30732223 saylı elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Şirvan şəhəri, Z.Hacıyev küçəsində quraşdırılmış videonəzarət kamerası vasitəsi ilə idarə etdiyi ** LN *** dövlət qeydiyyat nişanlı “Kia K3” markalı minik avtomobilinə yol hərəkətinin qayda pozuntusunu əks etdirən elektron qərar tərtib edilərək cərimə yazılmışdır. “Asan ödəniş” sisteminə daxil edilmiş cərimə barədə məlumatlarda inzibati xəta hadisəsinin elektron qərarı və videogörüntüsü daxil edilməmişdir. Daxil edilmiş fotogörüntülərə nəzər yetirdikdə inzibati xətanın müəyyən edildiyi tarixin xx.xx.2025-ci il, saat 18:03 tarixində təsdiqləndiyi, görüntülərin və qərarın əsassız və qanunazidd olduğu aydın görünür. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30732223 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X6 “Kia K3” minik markalı, ** LN *** dövlət nömrə nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, barəsində şikayət verilmiş həmin qərar X6 adlı şəxs barəsində qəbul edilmişdir. X2 aid məlumatlar yazılmışdır. Göründüyü kimi, İXM-nə görə barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Buna baxmayaraq şikayət barəsində qərar çıxarılmış fiziki şəxs X6 tərəfindən verilməli olduğu halda X9 tərəfindən verilmişdir. X5 həmin şikayəti X3 adından imzalamaq səlahiyyətinə dair şikayətə hər hansı bir sənəd əlavə edilməmişdir. Bununla da şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün hazırki şikayətə baxılması mümkün olmadığından məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası Dİn BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30732223 saylı elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar