Məhkəmə qərarları › İş №3(032)-1023/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1023/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1023/2023 02.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Socar” Neft daşlarında sürücü işləyən, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə üzü Hacıqabul rayonu istiqamətində hərəkətdə olan, Şəxs idarə etdiyi “Opel Astra” markalı 99- DG276 dövlət qeydiyyat nişanlı avtomobil qarşı qarşıya nəqliyyat axınını ayıran xəttin qırıq-qırıq hissəsindən sola doğru dönmə əməliyyatı apararaq, Hacıqabul rayonu istiqamətindən üzü Şirvan şəhəri istiqamətində olan Zərərçəkmiş şəxs1 idarə edən VAZ 21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, bundan sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil yolun kənarındakı ağaca dəyib dayanmışdır. Toqquşma nəticəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində istifadəsində olan “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhərinə bazarlıq üçün getmiş təxminən saat 11:00 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə üzü Hacıqabul rayonu istiqamətində saatda 50 km sürətlə hərəkətdə olmuş, bu vaxt həmin yolun kənarında yerləşən “BS-OİL” adlı yanacaqdoldurma məntəqəsini 20 metr keçdikdən sonra sola dönmək üçün sürətini saatda 15 km endirərək sola dönmək istəmiş, bu zaman yolun əks istiqamətindən öz hərəkət yolu ilə hərəkətdə olan VAZ 21033 markalı avtomobil onun avtomobilinin sağ tərəfi ilə toqquşmuş, sonra isə həmin avtomobil idarə etməni itirərək yolun kənarında ağaca çırpılmışdır. Hadisən sonra o avtomobildən enərək, hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşlarının yaxınlaşmasını gözlənmişdir. Sonda məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 hazırki məhkəmə iclasına gəlməmiş, məhkəmənin xx.xx.2023-cü i tarixli iclasında iştirak edərək izahatında bildirmişdir ki, VAZ 21033 arxalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə onun istifadəsindədir. 29 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Hacıqabul rayonu istiqamətindən Şirvan şəhəri istiqamətinə H.Əliyev prospekti ilə idarə etdiyi VAZ 21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobill ilə saatda 40-50 km sürətlə hərəkətdə olarkən, Şirvan şəhəri H.Əliyev prospekti ilə üzü Hacıqabul rayonu istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil qarşıqarşıya nəqliyyat axınını ayıran xəttin qırıq-qırıq hissəsindən sola doğru dönmə əməliyyatı apararaq onun hərəkət yolunun qarşısına çıxmış, nəticədə toqquşma baş vermişdir. Toqquşma baş verdikdən sonra onun idarə etdiyi avtomobil yolun kənarındakı ağaca dəyib dayanmışdır. Hadisə zamanı əmisi Zərərçəkmiş şəxs2 və əmisinin həyat yoldaşı Zərərçəkmiş şəxs3 avtomobildə olmuş, hadisən əvvəl spirti içki qəbul etməmişdir. Hadisə zamanı yüngül xəsarət almışdır. Şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və bu barədə ərizə təqdim etdi. Digər zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hazırki məhkəmə iclasına gəlməmiş, məhkəmənin xx.xx.2023-cü i tarixli iclasında iştirak edərək Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verdilər. Həmçinin Şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və bu barədə ərizə təqdim etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 avqust 2023-cü il tarixli, 368 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 boyunun, sol bazu qurşağının əzələ-bağ aparatının gərilməsi, sağ dizdə qançır və sıyrıq xəsarətləri vardır, Bu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbab olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 avqust 2023-cü il tarixli, 366 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol diz oynağında şişkinlik-hematoma sıyrıqlar, əzələ-bağ aparatının gərilməsi əsarətləri vardır. Bu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 avqust 2023-cü il tarixli, 367 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 sol dizdə hərəkəti məhdudlaşdıran şişkinlik-hematoma xəsarətləri vardır. Bu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 avqust 2023-cü il tarixli, 370 nömrəli rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şirvan şəhər Polis şöbəsinin 24 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində 1906 saylı material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Şirvan şəhər Polis şöbəsinin X1 bölməsinə göndərilmişdir. Məhkəmə iclasında CD diskin nümayişi zamanı Şəxs təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş olan zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar