Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1026/2023 04.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ 04 sentyabr 2023-cü il Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli ,orta təhsilli, fərdi əməklə məşğul olan , Yevlax rayonu Yevlax şəhəri Neftkəməri küçəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 523.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq,məhkəmə müəyyən etdi : Şəxs 04 sentyabr 2023-cü il tarixdə saat 09.40 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində dilənçiliklə məşğul olmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Yevlax şəhərində qeydiyyatda olsa da, Salyan rayonunda kirayədə yaşayır. Daimi işi yoxdur, dilənməklə pul əldə edir. Himyaəsində 6 övladı var, uşaqlarından biri xəstədir. Ona baxa bilmək üçün bu yola əl atır. Polis tərəfindən ona bir dəfə şifahi xəbərdarlıq edilmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. İnzibati xəta haqqında protokola əlavə edilmiş “Elektron Məhkəmə sistemi”nin şəxsiyyəti təsdiq edən sənəd məlumatlarından görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 , xx.xx.2019-cü il təvəllüdlü X2, xx.xx.2021-ci i təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsinə əsasən Avaralıqla məşğul olmağa görə -vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs himayəsində on dörd yaşınadək uşaqları olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tətbiq edilə bilməz. Bu baxımdan hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş xəbərdarlıq elan edilməlidir. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati xəbərdarlıq tətbiq edərkən xətanın ictimai mənəviyyat əleyhinə olması barədə xarakteri , inzibati xəta törədən şəxsin şəxsiyyəti,qadın olması, himayəsində 6 azyaşlı uşağın olması, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub,məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə təqsirli bilinərək ona xəbərdarlıq elan edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(032)-1026/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1026/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver