Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1027/2023 15.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16699654 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2023-cü il tarixli, EQ 16699654 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16699654 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Hacıqabul-Şirvan yolunun 3cü km-də quraşdırılmış videonəzarət kamerası vasitəsilə idarə etdiyi “**-AA-***” dövlət qeydiyyat nişanlı, Khazar LD markalı minik avtomobilinə yol hərəkətinin qayda pozuntusunu (İXM, 327.1.) əks etdirən elektron qərar (EQ********) tərtib edilərək cərimə yazılmışdır. “ASAN ödəniş” sisteminə daxil edilmiş cərimə barədə məlumatlarda inzibati xəta hadisəsinin elektron qərarı və video görüntüsü daxil edilməmişdir. Daxil edilmiş foto görüntülərə və elektron qərara nəzər yetirdikdə inzibati xətanın müəyyən edildiyi tarixin xx.xx.2023-cü il, saat 20:21 göstərildiyi, lakin elektron qərarın isə xx.xx.2023-cü il tarixində təsdiqləndiyi, görüntülərin və qərarın əssasız və qanunazid olduğu aydın görünür. Lakin YPX əməkdaşları videonəzarət sistemi kameralarının imkanlarından sui-istifadə edərək, qanunazidd olaraq videonəzarət sisteminin yaddaşından ekran görüntülərini mobil telefon vasitəsilə əldə edərək, foto görüntüləri əməkdaşlara təhkim edilmiş bortkompüter vasitəsilə BDYPİ-nin X3 daxil edirlər. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi və bu barədə ərizə təqdim etdi. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayəti araşdırıb, şikayət vermiş X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını bildirməklə şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16699654 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1027/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1027/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver