Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1029/2023 06.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə qonşusu X2 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən 06 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, X5 onun qonşusudur. Fəridə təxminən 6 aydır ki, Şirvan şəhəri, S.Vurğun küçəsində kirayə yaşayır, dəfələrlə qonşularla onun və digər qonşuların ailələri burda yaşadığı üçün müəyyən ədəb qaydalarına əməl etməməsi ilə bağlı xəbərdarlıq etmişdirlər. Lakin Fəridə onun və digər qonşuların tutduğu iradlara məhəl qoymayaraq, həmin hərəkətləri dəvam etdirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Fəridə İsmalovanın kirayə yaşadığı evə gedərək onun danışıqlarına qulaq asaraq, evinə gəlib-gedən kişilərin kim olduğunu bildirdikdə həmin şəxslərin qohumları və tanışları olduğunu bildirmiş, onun və qonşuların tutduğu iradlardan nəticə çıxartmadığını gördükdə əsəbləşərək Fəridənin sol qol nahiyyəsini tutaraq “bəsdir artiq nə işin varsa başqa yerdə gör” demişdir. Bundan sonra Fəridə onu evdən qovmuşdur. O, Fəridənin evinə məcbur daxil olmamış, Fəridə onu özü evə dəvət etmişdir. Yaşadığı məhəllədə yüngül əxlaqlı hərəkətlər etdiyi üçün yaşadığı ünvana gedib qoluna yapışaraq qol nahiyyəsinə xəsarət yetirmiş, belə əməllərə qarşı xəbərdarlıq etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Sabirabad rayonundan yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsindəki evinə gəlmiş, həmin gün saat 20:00 radələrində qonşusu Ramil adlı şəxsin qapısını döyərək onu çağırıb “ neçə gündü yoxsan sənin üçün darıxmışdım, səndən çox xoşum gəlir və səninlə münasibətdə olmaq istəyirəm” deyərək gəlib onlarda qalmaq istədiyini demiş, Ramilə “çıx ged burdan” deyərək qovsa da Ramil onun qolunu tutub sıxaraq evdə qalacağını demiş, sonra Ramil evdən çıxaraq ona “uşağı yatızdırarsan 1-2 saata gələcəm” demiş, yenidən gecə saat 03:00 radələrində onun qapısına gələrək onu çağırmağa başlamış, qapını açmamış və qorxudan yerindən qalxmamış, binanı fırlanaraq onun evinin mətbəxi tərəfdən gələrək pəncərədən "aç qapını sənin başına oyun açacam” deyərək hədələyəci sözlər işlədib onu qorxutmuş, təxminən 1 saat evin ətrafında gəzdikdən sonra çıxıb getmişdir. Bundan sona uşaqlarına görə qorxduğu uçun və onu döydüyünə görə Şirvan şəhər Polis şöbəsinə müraciət etdiyini göstərmişdir. Sonda məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. 21 iyul 2023-cü il tarixli 344 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər – sağ saidin yuxarı orta 1/3-də və sağ baldırın aşağı 1/3-də qançırlar - küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən 16 iyul 2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 sentyabr 2023-cü il tarixdən, saat 17:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1029/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1029/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver