Məhkəmə qərarları › İş №3(032)-1029/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1029/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1029/2025 18.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1982-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Polis Şöbəsi İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri M.Mirzəyev küçəsindən bir ədəd qoyun oğurlamışdır. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri M.Mirzəyev küçəsi ilə hərəkətdə olduğu vaxt çöl sahədə bir neçə qoyun quzunun otladığını görmüş, bu vaxt özünün maddi sıxıntıları olduğuna görə və məktəblərin açılmasına az qaldığı üçün az yaşlı övladlarına məktəb ləvazimatları almaq üçün həmin quzulardan birisini götürüb yolun kənarında dayanmışdır. Bu vaxt onun yanında sinif yoldaşı Abbasın idarə etdiyi avtomobil ilə yaxınlaşmış, Abbas ondan nə etdiyini soruşduqda Abbasa həmin quzunun hədiyyə olduğunu bildirmiş, bundan sonra quzunu aparıb satmaq üçün Abbasa ona köməklik etməsini demişdir. Abbas ona köməklik edəcəyini bildirib quzunu avtomobilin arxa yük hissəsinə qoymasını isimişdir. O, quzunu avtomobilin arxa yük hissəsinə yerləşdirdikdən sonra Abbas ilə birlikdə köhnə bazara getmiş, köhnə bazara çatdıqdan sonra Abbas ona qəssab Əlimardan olduğunu, quzunu sata biləcəyini təklif etmişdir. Bundan sonra onlar Əlimərdanın qəssabxanasına yaxınlaşıb həmin quzunu yük hissəsindən götürüb göstərmiş, ilk öncə 160 manata satmaq istəsə də Əlimərdan kişi quzunun az çəkili olduğunu, buna görə də 140 manat verə biləcəyini demişdir. O, Əlimərdan ilə razılaşıb 140 manatı götürüb çıxıb getmiş, həmin pulu az yaşlı övladlarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı aradan qaldırılmışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, ona məxsus olan 28 ədəd dişi quzunu xx.xx.2025-ci il tarixlə yaşıdığı evə yayın ərazidə oğlu Mirislam otarmışdır. Həmin gün heyvanları otardıqdan sonra Mirslam ilə birlikdə yaşadığı həyətə getmiş, heyvanları saydıqda 1 ədəd quzunun olmadığını aşkar etmişdir. Bundan sonra evdən çıxıb itmiş quzunu axtarmağa başlamış, qonşulardan tanışlardan sorğu-sual etdikdə oğlu Mirislamın tanışları həmin vaxt ətrafda bir neçə şəxslər bir nəfər arıq uzun yüngül saqqalı olan adının Cəfərqulu olduğunu və həmin şəxsin quzuları otardıqları əraziyə daxil olub həmin quzunu oğurlayaraq qaçıb getdiyini bildirmişlər. Bündan sonra bu barədə polisə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 450 manat maddi ziyan dəymişdir. Hazıra inzibati xəta törətmiş şəxslə barışmış və ona dəymiş ziyan aradan qaldırılmışdır. Bu barədə ərizə təqdim etmiş və qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir . Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir . Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1982-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar