Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1030/2023 08.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X8, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 iştirakları ilə, xx.xx.1991-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, AZE ********, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan, Şəxs, barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 07 sentyabr 2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən Şəxsnın Şirvan şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(032)-1243/2022 nömrəli qətnaməsinə əsasən icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X12 məhkəmədə bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə anadan olmuş X1 tələbkar X4 yanında qalması müəyyən edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin məhkəmənin 2-(032)-1243/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 atası Şəxs alınaraq anası X6 verilməsi, həmçinin uşağın atadan alınıb anaya verilməsi günündən alimentin tutulmasının başlanması kimi izah olunmalıdır. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə borcluya uşağı anaya getməsi üçün profilaktik söhbətlərin aparılması və uşağa əks təsir edilməməsi barədə xəbərdarlıq edilmişdir. Şəxs üzərinə düşən öhdəliyi icra etməyərək, uşağı icra yerinə gətirməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. İş üzrə borcluya məsuliyyəti izah olunduqdan sonra övladı xx.xx.2018-ci ilə anadan olmuş X3 icra yerinə gətirmiş, lakin ananın uşaqla normal ünsiyyət qurmasına şərait yaratmamış və bilərəkdən ucadan səs-küy salaraq, uşağın psixoloji travma almasına, ağlamasına və beləliklə, ünsiyyətin baş tutmamasına nail olmaq üçün məqsədli hərəkətlər etmiş və şöbənin normal iş rejimini pozmuşdur. Uşaq qorxduğu və ağladığı üçün ünsiyyət baş tutmamışdır. Şəxs bu əməli (hərəkət-hərəkətsizliyi) ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə anadan olmuş X1 tələbkar X4 yanında qalması müəyyən edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)- 52/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin məhkəmənin 2-(032)- 1243/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 ondan alınaraq anası X6 verilməsi, həmçinin uşağın atadan alınıb anaya verilməsi günündən alimentin tutulmasının başlanması kimi izah olunması qərara alınmışdır. Hal-hazırda xx.xx.2018-ci ildə anadan olmuş X5 onun yanında qalır. Uşağın anası Zərərçəkmiş şəxs ilə görüşməsinə etiraz etmir, icra sənədinin icrasına hər hansı bir formada maneçilik törətməmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X13 bildirdi ki, Şəxs uşağın anası ilə ünsiyyətdə olmasına qəsdən maneə törədilməmişdir. Buna görə də, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X7 izahatında Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatını müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə anadan olmuş X1 tələbkar X4 yanında qalması müəyyən edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan və onun üzərindəki qeydən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə anadan olmuş X1 tələbkar X4 yanında qalması müəyyən edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin məhkəmənin 2-(032)-1243/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 atası Şəxs alınaraq anası X6 verilməsi, həmçinin uşağın atadan alınıb anaya verilməsi günündən alimentin tutulmasının başlanması kimi izah olunmalıdır. İcra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində icraat başlanılmış, borclu Şəxs 5 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və qərarın surəti borcluya şəxsən təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Məhkəmə iclasında CD diskin nümayişi zamanı Şəxs tərəfindən Şirvan şəhər Məhkəməsinin 2(032)-1243/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmədiyi müəyyən olunur. Belə ki, CD diskdə baxış zamanı aydın görünür ki, görüş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin inzibati binasında keçirilmiş, Şəxs uşağı anası ilə görüşmək üçün gətirmiş, lakin tərəfin qohumları tərəfindən səs-küy salınaraq ünsiyyət baş tutmamışdır. Yəni video diskə baxış zamanı Şəxs icra sənədindən boyun qaçırmadığı, hər hansı bir qanun pozuntusu, icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı aşkar edilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1030/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1030/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver