Məhkəmə qərarları › İş №3(032)-1032/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1032/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1032/2024 27.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsinin sahə rəisi, polis leytenantı X8 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, işləmək məqsədi ilə Bakı şəhərinə getmişdir. Orada tanışı Fariz Məmmədovla birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Fariz Məmmədovun barəsində məcburi gətirilmələri haqqında qərar olduğundan, polis əməkdaşları onları Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. O da dostunu apardıqlarına görə Şirvan şəhər Polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində olan zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, onların tələblərinə tabe olmayaraq sonuncularla mübahisə etmişdir. Ardınca onu növbətçi hissənin inzibati otağına aparmışlar. Orada üzərinə baxış keçirilən zaman, özünə məxsus pul qabının içərisində istifadə etmək üçün Gəncə şəhərindən gətirdiyi bir bükümdə olan narkotik vasitəmarixuana aşkar edilərək götürülmüşdür. Törətmiş olduğu əməldən peşmandır, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Şirvan şəhər Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis leytenantı X6 məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00-da Şirvan şəhər Polis Şöbəsinin İB-nin icraatında olan ********* saylı cinayət işi üzrə məcburi gətirilməsi haqqında qərara əsasən tərəfindən X10 gətirilən Gəncə şəhər, F.X.Xoyski küçəsi ev 91-də yaşayan 1982-ci il təvəllüdlü Şəxs ünvan 3 ünvanında yaşayan 1980-cı il təvəllüdlü X1 Polis Şöbəsinin inzibati binasında səs-küy salmağa başlamış, tərəflərindən onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, onların qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etmişdir. Həmin şəxslər tərəflərindən PŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Növbətçi hissədə Şəxs narkotik vasitənin təsiri altında olmasında şübhələr yarandığından üzərinə baxış keçirilən zaman pul qabısının içərisində sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Şirvan şəhər Polis şöbəsinin sahə rəisi, polis leytenantı X8 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitə olan marixuananı qanunsuz istifadə etmiş, Şirvan şəhər Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı pozmaqla polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00-da Şirvan şəhər Polis Şöbəsinin İB-nin icraatında olan ********* saylı cinayət işi üzrə məcburi gətirilməsi haqqında qərara əsasən tərəfindən X10 gətirilən Gəncə şəhər, F.X.Xoyski küçəsi ev 91-də yaşayan 1982-ci il təvəllüdlü Şəxs ünvan 3 ünvanında yaşayan 1980-cı il təvəllüdlü X1 Polis Şöbəsinin inzibati binasında səs-küy salmağa başlamış, tərəflərindən onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, onların qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etmişdir. Həmin şəxslər tərəflərindən PŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Şirvan ŞPŞ-nin TB-in təhqiqatçısı, polis baş leytenantı İsmail Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə icraatında Şirvan PŞ-nin NH-nin məsul növbətçisi Vüqar Qurbanovun 1982-ci il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Şəxs narkotik vasitənin təsiri altında olmasında şübhələr yarandığından üzərinə baxış keçirilən zaman pul qabısının içərisində sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2024-cü il tarixli, 7510 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Həmçinin müayinə nəticəsində Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18/939 nömrəli, 27 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 0,92 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən Marixuana (kannabis) – narkotik vasitə kimi qeyd edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumluq həyatı yaşaması ağırlaşdıran hal kimi olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Quliyev X4 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 206-cı maddəsində daha ciddi sanskiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 206-cı maddəsində daha ciddi sanskiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İnzibati həbsdə saxlamanın əvvəli 26 noyabr 2024-cü il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,90 qram olan narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar