Məhkəmə qərarları › İş №3(032)-1033/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1033/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1033/2024 11.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilərək 60 manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Polis Şöbəsinin polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara əsasən ona idarə etdiyi "DaeWoo Nexia” minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsininə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilmisinə görə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddələrinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. Həmin vaxt özünü pis hiss etdiyi üçün həmin vaxt yanında əyləşən avtomobili idarə etməyə vermiş və xəbəri olmayıb ki, həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu baxımdan özünü təqsirli bilmir. Protokolun ləğvi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də məhkəmə qərarının olmasının zəruriliyi bildirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir . Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin vaxt özünü pis hiss etdiyi üçün həmin vaxt yanında əyləşən avtomobili idarə etməyə vermiş və xəbəri olmayıb ki, həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda qeyd edilən əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3- 1(098)-515/2022 saylı qərarından görünür ki, X11 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Tərtər Hərbi Məhkəməsinin 3(098)-515/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə-fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-(098)-515/2022 saylı qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-1(098)-515/2022 saylı qərarından görünür ki, X4 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Tərtər Hərbi Məhkəməsinin 3(098)-515/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir . X1 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarını mübahisələndirir. X3 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayət verdiyindən, həmin vaxt X4 nəqliyyat vasitəsi idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan rəsmi qaydada verildiyi vaxtdan qanunla müəyyən edilmiş 10 gün ərzində şikayət verilmədikdə, şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtaranadək və ya İXM-in 152.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verilənədək fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. İnzibati xəta haqqında işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin polis kapitanı X5 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı Tərtər Hərbi Məhkəməsinin 3(098)-515/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvədə olduğundan qəbul olunmuşdur. Belə ki, Tərtər Hərbi Məhkəməsinin 3(098)-515/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir, bu isə o deməkdir ki, X7 xx.xx.2022-ci il tarixli qərarının qanuni qüvvəyə mindikdən sonra 6 ay müddəti qurtaranadək və ya İXM-in 152.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 3(098)-515/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına xitam verilənədək xüsusi hüququ məhdudlaşdırılmış, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 16:29-da nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə İXM-in 335.1-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən təxminən 1 gün sonra , Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3- 1(098)-515/2022 saylı qərarı ilə X4 nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması haqqında Tərtər Hərbi Məhkəməsinin 3(098)-515/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına xitam verilmişdir. Göstərilənlərdən belə bir nəticəyə gəlmək olar ki, X7 xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs hesab olunmalıdır. Belə olan halda isə məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı qərar qəbul edilərkən X7 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olduğundan Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı qanuni sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar