Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1035/2024 27.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə Şirvan Şəhər Polis Şöbəsinin polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərara əsasən ona idarə etdiyi “DAEVVOO NEXİA” minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış tərəfindər idərə etməyə, xarici işıq cihazlarının və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyumaları nasaz olan vəziyyətdə olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini idarə etməyə görə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 332.3 və 342.5-ci maddələrinə əsasən 400 manat məbləğində cərimə olunmuşdur. Nəqliyyat vasitəsinin idarə etmə hüququnun məhdudlaşdırılması barədə onun məlumatı olmamışdır və həmin protokola əsasən yazılmış cəriməni xx.xx.2022-ci il tarixli qəbzlə ödəmişdir. Bundan başqa, idarə etmə hüququmun məhdudlaşdırılmasının aradan qaldırılmasına dair Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(098)-515/2022 nömrəli məhkəmə qərarını təqdim etmişdir. Buna baxmayaraq, Şirvan Şəhər Polis Şöbəsinin polis mayoru X4 tərəfindən əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tətib olunmuşdur. Özü də, İİ Vətən müharibəsi iştirakçısı və müxtəlif medallarla təltif olunmuş Qarabağ qazisidir. Protokolun ləğvi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də məhkəmə qərarının olmasının zəruriliyi bilirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə şikayətin xx.xx.2024-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinə daxil olmasını nəzərə alaraq, şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan : Tərtər Hərbi Məhkəməsinin 3-1(098)-515/2022 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 3-1(098)- 515/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2022-ci il tarixli EQ ******* nömrəli qərara əsasən cərimə edilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır . Tərtər Hərbi Məhkəməsinin 3-1(098)-515/2022 saylı xx.xx.2024-cü il tarixli inzibati qərarın surətindən görünür ki, X3 tərəfindən cərimə tam ödənildiyindən onun ərizəsi əsasında Şirvan şəhər Məhkəməsinin 3-1(098)-515/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına xitam verilmişdir. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixində saat 00:37-də Şirvan şəhər H.Əliyev prospektində “Daewoo Nexia minik” markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.5-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.5-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Tərtər Hərbi Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 3-1(098)-515/2024 saylı məktubundan görünür ki, X1 2022-ci il tarixdə məhkəməyə heç bir ərizəsi daxil olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Tərtər Hərbi Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 3-1(098)-515/2024 saylı məktubuna əlavə edilmiş X1 cərimə və dəbbə pulunu ödədiyi üçün qərara xitam verilməsi barədə ərizəsi Tərtər Hərbi Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Tərtər Hərbi Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 3-1(098)-515/2024 saylı məktubuna əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 3(098)-515/2022 saylı X2 ünvanlanmış məktubdan görünür ki, X3 barəsində olan Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarının surəti ona göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Tərtər Hərbi Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 3-1(098)-515/2024 saylı məktubuna əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 3(098)-515/2022 saylı qərarının X2 göndərilməsi barədə məktub olmasına baxmayaraq həmin qərarın X2 çatdırılması barədə sübut təqdim edilməmişdir. Göründüyü kimi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına dair Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 3(098)- 515/2022 saylı qərarının surəti ona rəsmi şəkildə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə 332.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsi təkrar törədilməli, ya da ki, nəqliyyat vaitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi müəyyən olunmalıdır . Göründüyü kimi X3 xx.xx.2024-cü il tarixində saat 00:37-də Şirvan şəhər H.Əliyev prospektində “Daewoo Nexia minik” markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Tərtər Hərbi Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 3(098)- 515/2022 saylı qərarından xəbərsiz olmuş, bu da onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkibini yaratmır. Belə olan halda X1 məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir . 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxs X1 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində olan şübhələr onun xeyrinə həll edildiyindən, təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin olunmalı, X3 barəsində Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1035/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1035/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver