Məhkəmə qərarları › İş №3(032)-1038/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1038/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1038/2024 29.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu, Hacıcavad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cəlilabad rayonu, Hacıcavad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, F.Eynullayev küçəsində Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 12 iyun 2024-cü il tarixdə axşam saatlarında Şirvan şəhəri, Fariz Eynullayev küçəsində hərəkətdə olduğu zaman mobil telefonuna zəng gəlmiş, mobil telefonla danışadanışa hərəkətdə olduğu zaman həmin küçədə adını sonradan bildiyi Azər adlı şəxs ona çiyin nahiyəsi ilə toxunmuş, əlindən mobil telefonu yerə düşmüşdür. O, Azərə “mənim çiyinimə nə üçün vurdun” sözlərini demiş, bunun nəticəsində aralarında mübahisə yaranmışdır. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onu və Azəri polis şöbəsinə dəvət etmişlər. Hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 12 iyun 2024-cü il tarixdə yaşadığı evdə olmuş, evdə sipirtli içki qəbul etmiş, saat 22 radələrində yaşadığı evdən çıxıb Şirvan şəhəri, Fariz Eynullayev küçəsinə getmiş, küçə ilə gedən zaman Şəxs toxunmuş, Şəxs ona bildirmişdir ki, ehtiyyatlı ol, o isə ehtiyatsız heç nə etmədiyini demişdir. Bundan sonra Şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs sinə nahiyəsindən geriyə itələmişdir. Bundan sonra o, yumruq ilə Şəxs göz nahiyəsinə vurmuş, aralarında qarşlıqlı dava-dalaş olmuş, o və Şəxs biri-birilərinə xəsarətlər yetriməyə başlamışlar. Bir müddət sonra hadisə yerinə Şirvan ŞPŞ-nin əməkdaşları gəlmiş, həmin şəxslər onu və Şəxs Şirvan ŞPŞ-nə dəvət etmişlər. Valeh adlı şəxsi əvvələr tanımamış, Valeh adlı şəxslə heç bir düşmənçilik və ədavətlərinin olmamış, Şəxs ona yumruqla xəsarətlər yetirmiş, hadisə zamanı özünün və Şəxs onların dalaşmasının qarşısını alan hər hansı hər hansı bir şəxsə xəsarət yetirməmişlər. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Şəxs qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, Əhmədov X2 Azər Səfər oğlunu döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Şirvan şəhər X5 Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 294 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, F.Eynullayev küçəsində Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1 və 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar