Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1040/2025 01.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədri ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin “inzibati tənbeh vermə haqqında” 19 avqust 2025-ci il tarixli, EQ 30067720 nömrəli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə X2 tərəfindən verilmiş ərizəyə və qərarın ləğvinə dair şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin “inzibati tənbeh vermə haqqında” 19 avqust 2025-ci il tarixli, EQ 30067720 nömrəli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizəyə görə, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 30067720 nömrəli elektron qərarın ləğv edilməsi və ona əsassız yazılmış 100 manat (03 bal) inzibati cərimə silinməsinə dair şikayət vermişdir. Şikayət verməyə səbəb etibarnamə əsasında idarə etdiyi 1998-ci il buraxılışlı, VAZ 21074 minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsi ilə Şirvan şəhəri T.İsmayılov küçəsi üzrə hərəkətdə olarkən bir cərgəli hərəkət zolağında KAMAZ yük markalı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində saxlaması səbəbindən sol tərəfi ilə (əks istiqamətdə) hərəkətimi davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə şəhər təhlükəsizlik kamerası tərəfindən İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulmasını əsas gətirilməklə barəsində 100 manat inzibati cərimə tətbiq edilmişdir. Qeyd edilən hərəkət üzrə ona xx.xx.2025-ci il tarixdə sms bildirişi gəlməklə inzibati cərimə tətbiq edilməsi barədə məlumat gəlmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2025-ci il tarixli EQ 30067720 nömrəli elektron qərardan xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, qeyd edilən inzibati xəta üzrə şikayət vermə müddəti ilə əlaqədar müddət üzürlü səbəbdən ötürülmüşdür. Ötürülmüş müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə şəhər təhlükəsizlik kamerası tərəfindən İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulmasını əsas gətirilməklə barəsində 100 manat inzibati cərimə tətbiq edilmişdir. Qeyd edilən hərəkət üzrə ona xx.xx.2025-ci il tarixdə sms bildirişi gəlməklə inzibati cərimə tətbiq edilməsi barədə məlumat gəlmişdir. xx.xx.2025-ci il tarixli EQ 30067720 nömrəli elektron qərarı xx.xx.2025-ci il tarixdə əldə edərək, həmin qərardan Şirvan şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, qeyd edilən inzibati xəta üzrə şikayət vermə müddəti ilə əlaqədar müddət üzürlü səbəbdən ötürülmüşdür. Odur ki, qərardan şikayətin verilməsi üçün müddətin bərpa olunmasını və barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyində prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Müddətin axımının inzibati xəta haqqında qərarın rəsmi qaydada təqdim olunduğu (verildiyi) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbehə məruz qalması barədə qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Buna baxmayaraq şikayətə xx.xx.2025-ci il tarixli EQ 30067720 nömrəli elektron qərarı xx.xx.2025-ci il tarixdə əldə etməsini və müddətin buraxılmasının üzürlü səbəbdən baş verməsini təsdiq edən hər hansı sübut əlavə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin “inzibati tənbeh vermə haqqında” 19 avqust 2025-ci il tarixli, EQ 30067720 nömrəli qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan buraxıldığından, müddətin bərpasından imtina edilməli, şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128, 130-cu maddələrini rəhbər tutub, qərara aldı : X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin “inzibati tənbeh vermə haqqında” 19 avqust 2025-ci il tarixli, EQ 30067720 nömrəli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməsin. X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin “inzibati tənbeh vermə haqqında” 19 avqust 2025-ci il tarixli, EQ 30067720 nömrəli qərarından verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1040/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1040/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver