Məhkəmə qərarları › İş №3(032)-1043/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1043/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1043/2025 28.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu xx.xx.1955-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, ali təhsilli, subay, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə Azərbaycan Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan şəhəri İ.Qayıbov istirahət və mədəniyyət parkı yaxınlığında Kür çayının sahilində fəaliyyət göstərən “ Sahil” kafesinin sahibi Şəxs tərəfindən Kür çayının məcrasında şambo inşa edilmiş, bununla da “Su Məcəlləsinin” 82-ci maddəsinin tələbləri pozulmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-1043/2025 saylı qərarı ilə Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-636/2025 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 3(032)-1043/2025 saylı qərarı və 26 sentyabr 2025-ci il tarixli, 3(032)-1043/2025 saylı qərardadı ləğv edilmiş, inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxılması üçün işin materialları Şirvan Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan 19 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan şəhəri İ.Qayıbov istirahət və mədəniyyət parkı yaxınlığında Kür çayının sahilində fəaliyyət göstərən “Sahil” kafesinin sahibi Şəxs tərəfindən Kür çayının məcrasında şambo inşa edilmiş, bununla da Su Məcəlləsinin 82-ci maddəsinin tələblərinin pozulmuşdur. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 3(032)- 1043/2025 saylı qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, məhkəmə qərar qəbul edərkən işin materiallarına əlavə edilmiş fotoşəkillərə, həmçinin nümayəndənin izahatına istinad etmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, “Sahil” kafesinin sahibi Şəxs tərəfindən Kür çayının məcrasında şambo inşa edilmiş, obyektin maye tullantılarının Kür çayının məcrasında inşa edilmiş şamboya axıdılması və həmin şambodan su sızıntısı olduğu müşahidə olunmuşdur. Lakin müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol natamamdır. Belə ki, iş materiallarında olan aktda göstərilir ki, keçirilən baxış zaman sözügedən obyektin maye tullantılarının Kür çayının məcrasında inşa edilmiş şamboya axıdılması və həmin şambodan su sızıntısı olduğu müşahidə olunmuşdur. Göründüyü kimi, işin materiallarına əlavə edilmiş sübutlarda şambodan su sızıntısı olması vurğulanır. İnzibati xəta haqqında protokol isə Kür çayının məcrasında şambo inşa edilməsi ilə bağlıdır. Lakin bununla yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin materiallarına həmin şambonun inşa edildiyi yerin həqiqətən də Kür çayının məcrasında olmasına dair heç bir sübut əlavə etməmiş, əlavə olunmuş fotoşəkillərdən və videoçəkilişdən, o cümlədən Kür çayının məcrasında inşa edilmişdirsə, hansı məsafədə inşa edildiyini müəyyən etmək mümkün deyil. Eyni zamanda, inzibati xəta haqqında protokol tərtib edilərkən ümumiyyətlə Su Məcəlləsinin 82-ci maddəsinin tələblərinin pozulması qeyd edilsə də, konkret olaraq həmin maddədə qeyd olunmuş hansı tələbin pozuntusunun baş verməsi göstərilməmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 100.1-ci maddəsinə görə bu məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə,habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir . 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə,bu barədə protokolda müvafiq qeyd aparılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək,habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 109.1. və 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. Beləliklə, məhkəmə göstərilənləri, habelə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli aktında vurğulanan halları də nəzərə alıb hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş Azərbaycan Azərbaycan Dövlət X6 yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı X2 geri qaytarılsın. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar