Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1057/2025 26.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis serjantı Rza-zadə Təbriz Şahin oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə və ona əlavə edilmiş sənədlərə baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis serjantı Rzazadə Təbriz Şahin oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ona əsassız olaraq yazılmış 100 manat (03) bal inzibati cərimənin silinməsi xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə yeri Bakı şəhəri Səbail rayon ərazi inzibati vahidində törədilmişdir. Həmçinin, şikayətə Şirvan Şəhər Məhkəməsində baxılması ilə əlaqədar vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunmalıdır ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarı) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və ona əsassız olaraq yazılmış 100 manat (03) bal inzibati cərimənin silinməsi barədə şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru polis serjantı Rza-zadə Təbriz Şahin oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1057/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1057/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver