Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1061/2024 25.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə , X1 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24577457 nömrəli elektron qərarın ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24577457 nömrəli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə 09 noyabr 2024-cü il tarixində dövlət qeydiyyat nömrəsi **-FG-*** olan, X5 markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZA-*** dövlət qeydiyyat nömrəli CASVİ markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-2 47.9 km Qaradağ rayon, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən telefonuna SMS vasitəsilə EQ24577457 cərimə bildirişi gəlib. X3 Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi maddəsi ilə cərimə tətbiq olunub. Ona məxsus avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Aİ 92 və Aİ 95 benzin yanacağı daşıyıram. Sözügüdən maşının yanacaq çəni zavod istehsalı olduğundan beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 izahat verərək bildirdi ki, barəsində xx.xx.2024-cü il tarixli, EQ 24577457 nömrəli qərar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, onun nəqliyyat vasitəsində 37.6 ton yük daşımağa icazə verildiyi üçün, yük maşının özünün də çəkisi daxil olmaqla maşında olan 47970 kiloqram yükün daşınmasını normadan artıq hesab etmir, bu baxımdan barəsində tərtib edilmiş protokolla razı deyil. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24577457 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş AB № 979000 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZA *** qeydiyyat nişanlı, CASVİyarımqoşqu markalı , yanacaq çəni tipli , buraxılış ili 2001 il olan nəqliyyat vasitəsinin yüksüz kütləsi 9000 kq, icazə verilmiş maksimal kütləsi 37400 kqdır. İş materiallarına əlavə olunmuş AB № 972393 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** FG *** qeydiyyat nişanlı, X5 yük markalı , yəhərli dartıcı tipli , buraxılış ili 2008 il olan nəqliyyat vasitəsinin yüksüz kütləsi 8440 kq, icazə verilmiş maksimal kütləsi 18000 kqdır. “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”na 4 nömrəli əlavənin surətindən görünür ki, yükün texniki adı tez alışan maye (benzin, dizel), bir nəqliyyat vasitəsində daşınan yükün çəkisi 37.6 ton, təhlükəli yükü eyni vaxtda daşınan nəqliyyat vasitələrinin sayı 1 ədəd, X5 markalı ** FG *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı, CASVİ markalı , ** ZA *** dövlət qeydiyyat nişanlı yan qoşqu yanacaq çəni. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24577457 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 2 nömrəlinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Həmin cədvəlin 3.1ci bəndin üçüncü abzasına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24577457 saylı inzibati tənbeh vermə haqqında qərarında və inzibati xətanın qeydə alındığı fotoşəkildə öz təsdiqini tapmışdır. X2 isə barəsində tərtib edilmiş EQ 24577457 saylı inzibati xəta haqqında qərarın əsassız olmasını özünün də çəkisi daxil olmaqla maşında olan 47970 kiloqram yükün idarə etdiyi yük maşını üçün normadan artıq olmayan yük hesab etməsi ilə əlaqələndirsə də, bu hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmamasına dair şübhələrin yaranması üçün əsas deyildir. Çünki, şikayətçi X2 idarə etdiyi yük maşınında daşıdığı yükün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini təsdiq edən 40000 kiloqramlıq yükdən az olmasına dair sübutu (müvafiq hüquqi sənədi, foto şəkili və ya video görüntünü) məhkəməyə təqdim etməmişdir. Buradan görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24577457 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24577457 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan, X1 verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24577457 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1061/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1061/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver