Məhkəmə qərarları › İş №3(032)-1072/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1072/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1072/2024 10.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu, Çöldəllək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:10-da Şirvan şəhəri, Xəqani küçəsində «VAZ 21214» minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə olmaqla idarə etmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Xəqani küçəsində olan zaman «VAZ 21214» minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri müəyyən edilmiş normadan aşağı olduğundan polis əməkdaşları tərəfindən saxlanılmış, lakin maşında yükün olması müəyyən edilmişdir. Bu zaman onun sərxoş olması şübhələri yarandığından polis əməkdaşları tərəfindən alkotestrlə yoxlamadan keçirilərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Yol patrul əməkdaşlarına xx.xx.2024-cü il tarixdə 1 bakal pivə içdiyini bildirmişdir. Vətən müharibəsi iştirakçısıdır. Törətmiş olduğu əməldən peşmandır. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Şirvan şəhəri Yol Patrul Xidməti inspektoru polis serjantı X1 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 03096 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,350 0/00 müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, sonuncu protokolun surətini almış, protokolla tanış olduğunu öz imzası ilə təsdiq etmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs vətən müharibəsi iştirakçısıdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. İş materiallarından da görünür ki, Şəxs eyni xətanı, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Bundan başqa xəta törədən şəxsin əməlindən peşmançılıq çəkməsi və vətən müharibəsi iştirakçısı olması məhkəmə tərəfindən iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal olaraq müəyyən edilmiş olsa da, həmin hallar bilavasitə məsuliyyət müəyyən edən xətanın dispozisiyasında qeyd edildiyindən yenidən həmin xüsusatların məsuliyyəti ağırlaşdırlan hallar kimi qiymətləndirilməsi “non bis in idem” (bir əmələ görə iki dəfə cəzalandırılmaq) prinsipinə zidd olması nəzərə alınmalıdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşmaqla inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar