Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1078/2023 18.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli , "xxxx" MMC-də sosial işçi işləyən, məhkumluğu olmayan, Sabirabad rayonu Qaragüney kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14.20 radələrində Şirvan şəhəri, F.İsmayılov küçəsində ərazidə xidmətdə olan YPX-nin əməkdaşları ilə mübahisə edərək sürücüyə etdiyi qayda pozuntusunun izah edilməsi ilə bağlı qanuni taləbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində ehtiyyat hissəsi tükanının qabağında olarkən YPX-nin əməkdaşları avtomobilinin arxasında dayanaraq ona avtomobilinin arxa və qabaq buferinin olmamasını bu səbəbdən də, avtomobili duracağa yerləşdirilməsini bildirilmişdir. O, isə onlara 2-3 gün bundan qabaq on manat məbləğində hörmət elədiyini, onlara qarşı münasibətinin pis olmadığını bildirmişdir. Ona məxsus avtomobil özünündə iştirakı ilə duracağa yerləşdirilmişdir. Sonradan o, 102 xidmətinə ona kömək olunması üçün zəng etmişdir. Zəng etdikdən sonra ona polislər yaxınlaşaraq protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X3 izahat verib bildirdi ki,xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən texniki cəhətdən nasaz olan yəni ön və arxa buferləri yerində yerində olmadığı üçün “Mercedes” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılmışdır. Özlərini sürücüyə təqdim etdiklərindən sonra ona bu vəziyətdə avtomobili idarə edə bilməyəcəyini izah etmiş və barəsində inzibati protokol tərtib olunacağını bildirdikdən sonra həmin şəxs ona tərəf dönərək bir neçə gün əvvəl ona on manat məbləğində pul verdiyini bildirmiş, ondan protokol tərtib etməmələrini tələb etmiş, protokol tərtib olunduğu halda ondan şikayət edəcəyini bildirmişdir. O, ondan pul almadığını və şikayət etmək hüququnun olduğunu ona bildirdikdən sonra onları şantaj etməyə davam etmişdir.Dəfələrlə nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etdiklərindən Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X1 izahat verib bildirdi ki,xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri H.Əlieyev prospektində xidmətdə olarkən “Mercedes” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılmışdır. Özlərini sürücüyə təqdim etdikdən sonra avtomobilin ön və arxa buferləri yerində olmadığına görə protokol tərtib olunacağını və avtomobili duracağa yerləşdiriləcəyini sürücüyə bildirilmişdir. Həmin vaxt Mayıl Yusifova on manat pul verdiyi demiş, ona görə də protokol yazmamağı tələb etmiş, dəfələrlə nizamintizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etdiklərindən Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 sentyabr 2023-cü il tarixdə saat 14.30 radələrində inzibati qaydada tutulmuş, 18 sentyabr 2023-cü il tarixdə saat 10.10-da azad edilmişdir. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X3 və Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14.20 radələrində xidməti avtomaşınla Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən “Mercedes-Benz class” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobildə texniki nasazlıq olduğundan avtomobil saxlanıldı. Sürücüyə yaxınlaşaraq qayda pozuntusu izah edildi. Avtomobildə olan nasazlığı yerində aradan qaldırmaq mümkün olmadığı üçün sürücü barəsində İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib olunaraq avtomobil müvəqqəti duracağa yerləşdirildi. Daha sonra sürücü Şəxs avtomobilin duracağa yerləşdirilməsindən narazılığını bildirirək yersiz səs-küy salmağa başladı. Həmin şəxs şər ataraq onlara pul verdiyini bildirdi və bundan ondan pul alanın pis söyüşlərlə söyəcəyini vurğuladı.Bundan sonra onlar həmin şəxsi polis şöbəsinə gətirmək istəmişlər,lakin o yenə də onları təhdid edərək hərəkətlərinə davam etmişdir. O,polis şöbəsinə getməkdən imtin etdiyi üçün onlar ona fiziki qüvvə tətbiq edərək avtopatrula əyləşdirib polis şöbəsinə gətirmişlər. İnzibati xəta haqqında protokola əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci dərəcəli əlildir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, şahidin ifadəsi ilə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin İİ qrup əlil olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalı, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunacaq cərimə azaldılmalı və o , məhkəmə zalından dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin və o, məhkəmə zalında həbsdən dərhal azad edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(032)-1078/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1078/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver