Məhkəmə qərarları › İş №3(032)-1080/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1080/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1080/2023 18.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1995-ci il tarixdə Əli Bayamlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində özünə məxsus xırdabuynuzlu mal-qaranın nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydaları pozularaq dörd baş iribuynuzlu heyvanın (inəyin) «Opel Astra» minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində avtomobilin sahibi X2 maddi ziyan vurmuşdur. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 19:20 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində özünə məxsus xırdabuynuzlu mal-qaranı yolun asfalt hissəsindən keçirmək istəyən vaxt «Opel Astra» minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobil mal-qaranı vurmuşdur. Hadisə nəticəsində ona da maddi ziyan dəymişdir. Maddi imkanı olmadığından «Opel Astra» minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobilin sahibinə dəymiş ziyan aradan qaldırılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 19:20 radələrində «Opel Astra» minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobillə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində Salyan istiqamətində hərəkətdə olan zaman Şəxs məxsus xırdabuynuzlu heyvan sürüsü yolun asfalt örtüyünün üzərindən keçən zaman həmin sürüyə vurmuşdur və altı xırdabuynuzlu heyvan həlak olmuşdur. Nəticədə ona məxsus avtomobilə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 17 sentyabr 2023-cü il tarixli rəy aktından görünür ki, «Opel Astra» minik markalı ** XJ *** dövlət nömrə nişanlı avtomobilin qəza zamanı dəymiş zərərlə bağlı ehtiyat hissələri 390 manat, avtomobilin təmir xərci isə 380 manat olmaqla ümumilikdə 770 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması da nəzərə alınır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilsin. Zərərçəkmiş şəxsə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquq izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar