Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1082/2023 18.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati protokol tərtib edilmiş Şəxs İnzibati protokolu tərtib etmiş X4 iştirakı ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. İnzibati xəta hadisənin olması 17 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Həmçinin tərtib edilmiş inzibati protokola əsasən Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yaşayan dostunun atasının səhhətinin pisləşməsi ilə əlaqədar Şirvan şəhərinə gəlmiş, dostunun atasını ziyarət etdikdən sonra Bakı şəhərinə getmək üçün şəhərin “Üçbarmaq” adlanan ərazisində dayanmış, həmin vaxt polis əməkdaşları ona yaxınlaşmışlar, özü barədə məlumat verməsini bildirmişlər. Söhbət zamanı polis əməkdaşları ona danışıq tərzini bəyənmədiklərini söyləmişlər və onu xidməti avtomobilə əyləşdirərək Şirvan ŞPŞnə gətirmişlər. O, sonuncu dəfə 2021-ci ilin avqust ayında narkotik vasitələrdən istifadə etmişdir. Polis şöbəsinə heç bir müqavimət göstərmədən, mübahisə yaratmadan onların xidməti avtomobilinə əyləşərək getmişdir. Polisə ümumiyyətlə heç bir müqavimət göstərməmişdir. Lakin ayağında olan ağrılara görə məcbur qalıb psixotrop maddələrdən istifadə etmişdir. Əməlinə tənqidi yanaşır və müalicə almışdır. Bir neçə gün olar ki, azərbaycana qayıdıb, hazırda narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis baş serjantı Şahid2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhər, H.Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüş, həmin şəxsə yaxınlaşmış, nizam intizama dəvət etmiş, lakin həmin şəxs öz əməllərinə davam etmişlər, qəsdən məhəl qoymayaraq öz kobud hərəkətlərinə davam etmişlər və belə olan halda həmin şəxslər tərəflərindən PŞ-nə dəvət olunmalarına baxmayaraq, onların qanuni tələblərinə məhəl qoymamışlar və tərəflərindən Şirvan ŞPŞ-nə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmənin suallarına cavab olaraq şəxsin ictimai qaydanı konkret olaraq hansı hərəkətləri ilə pozması, polis əməkdaşlarına göstərilən müqabvimətin nədən ibarət olmasını şahid izah edə bilməmişdir. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis baş serjantı Şahid1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhər, H.Əliyev prospektində xidmətdə olarkən 3 nəfər şəxsin dayandığını görüb, həmin şəxslərdən biri olan Şəxs narkotik vasitə qəbul etməsi hiss olunduğundan onlara yaxınlaşmışlar, həmin şəxs özünü qabağa atıb danışmağa başlamışdır. Həmin şəxsi nizam intizama dəvət etmiş, lakin həmin şəxs öz əməllərinə davam etmiş və tərəflərindən PŞ-nə dəvət olunmuşdur. Məhkəmənin suallarına cavab olaraq şəxsə yaxınlaşmağın səbəbi kimi onun narkotik vasitənin təsiri altında olmasından şübhələnməkləri olduğunu bildirən şahid Şəxs polisə konkret olaraq hansı hərəkətləri ilə müqavimət göstərməsini izah edə bilməmişdir. İnzibati protokolu tərtib edən şəxs protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində müvafiq qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 17 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 17 sentyabr 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. 17 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhər, H.Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüş, həmin şəxsə yaxınlaşmış, nizam intizama dəvət etmiş, lakin həmin şəxs öz əməllərinə davam etmişlər, qəsdən məhəl qoymayaraq öz kobud hərəkətlərinə davam etmişlər və belə olan halda həmin şəxslər tərəflərindən PŞ-nə dəvət olunmalarına baxmayaraq, onların qanuni tələblərinə məhəl qoymamışlar və tərəflərindən Şirvan ŞPŞ-nə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhər, H.Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, dərhal ona yaxınlaşmışlar. Özlərini təqdim edib qeydiyyat ünvanını soruşduqda həmin şəxs onlara qeyri-səmimi və qeyri-adekvat cavab verərək suallarından yayınmağa çalışmışlar. Həmin şəxsin narkotik vasitənin təsiri altında olduğundan şübhələnmişlər və PŞ-nin Növbətçi Hissəsinə gətirərək, təhvil vermişlər. Orada müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18 sentyabr 2023-cü il tarixli, 5962 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 17 sentyabr 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfərləri polis sejantı Elşad Nağıyev və Ülvi Məmmədlinin şəhərin H.Əliyev prospektində saat 00:20 radələrində bir nəfər şəxsə yaxınlaşaraq qeydiyyat ünvanını soruşmuşlar, həmin şəxsin onlara qeyri-səmimi və qeyri adekvat cavab verərək suallardan yayındığı və həmin şəxsin narkotik vasitələrin təsirinin altında olduğunu şübhələri yaranması barədə raportu daxil olmuşdur. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında dindirilmiş şahidlərin, barəsində icraat aparılan şəxsin özünün izahatından, habelə tibbi yoxlama rəyindən də məlum olur ki, Şəxs narkotik vasitələrdən qanunsuz olaraq istifadə edir və saxlanılan zaman da məhz narkotik vasitələrin təsiri altında olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilən inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə ilk öncə polis qurumunun şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tərtib etdiyi protokol və ona əlavə edilmiş sənədlərdə, həmçinin barəsində inzibati protokol tərtib edilmiş şəxsin ifadələrində kifayət qədər ziddiyyətlərin mövcudluğunu diqqətdən qaçırmır. İşin faktiki hallarından məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, onların tələbi ilə polis şöbəsinə getmiş, izahat vermişdir. Şəxsin səs-küy salaraq ictimai qaydanı pozması inandırıcı olmamaqla, şəxsin öz ifadəsi ilə də təkzib olunur. Raportu tərtib edən polis əməkdaşından başqa iş üzrə şəxsin həqiqətəndə göstərilən vaxtda ictimai qaydanı pozması, sonra isə qərəzli hərəkətlərini davam etdirərək polisə müqavimət göstərməsini təsdiq edən heç bir sənəd, şahid, əlavə sübut mövcud deyil. Bütün şübhəli və ziddiyyətli məqamların şəxsin xeyrinə həll olunduğu halda isə Şəxs hərəkətləri polisə tabesizlik kimi qiymətləndirilə və o, təqsirli olmasını təsdiq edən heç bir tutarlı səbəb olmadığından inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilə bilməz. Bundan əlavə 17 sentyabr 2023-cü il tarixli raportda Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhər, H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, polisin onu nizam intizama dəvət etməsinə baxmayaraq tabesizlik göstərməsi və nəticədə polis şöbəsinə gətirilməsi qeyd olunsa da, Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında bundan fərqli olaraq H.Əliyev prospektində saat 00:20 radələrində bir nəfər şəxsə yaxınlaşaraq qeydiyyat ünvanını soruşmalarını, həmin şəxsin onlara qeyri-səmimi və qeyri adekvat cavab verərək suallardan yayındığını və həmin şəxsin narkotik vasitələrin təsirinin altında olduğuna dair şübhələr yaranması səbəbindən onu polis şöbəsinə dəvət etdiklərini bildirmişlər. Həmçinin məhkəmə iclasında ifadə verən şahidlər Şəxs ictimai qaydanı pozmasını, polisə müqavimət göstərməsini bildirsələr də onun hərəkətlərinin nədən ibarət olmasını göstərə bilməmişlər. Beləliklə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə isə məsuliyyətə cəlb edilərək müvafiq qaydada tənbehlənməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 16 (on altı) gün müddətinə inzibati həbs tətbiq olunsun. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 sentyabr 2023-cü il tarixdən, saat 00:20-dən hesablansın. X3 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1082/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1082/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver