Məhkəmə qərarları › İş №3(032)-1086/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1086/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1086/2023 21.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati protokolu tərtib etmiş Şahid iştirakları ilə, xx.xx.1980-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, H.Aslanov küçəsi ev 28-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 09:50-də polis şöbəsinin 1 nömrəli postunda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 21 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, səhər saatlarında evə gedən zaman anası ilə mübahisə etmiş, anası onun ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən əsəbləşmiş, anasının ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra polis şöbəsinə gəlmişdir. Barəsində şikayət olduğu üçün onu növbətçi hissəyə təhvil vermişlər. O, polisə müqavimət göstərməyib. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə, saat 09:50 radələrində Şirvan şəhər X1 buraxılış məntəqəsində xidmətdə olarkən, həmin zaman bir nəfər şəxs uca səslə ünvansız nalayiq söyüşlər söymüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və etdiyi qanunsuz əməlləri dayandırmağı tələb etmiş, həmin şəxs etdiyi qanunsuz əməlləri dayandırmayaraq ona məhəl qoymamış, tabesizlik göstərmişdir. Bundan sonra həmin şəxs tərəflərindən Şirvan ŞPŞ-nin Növbətçi Hissəsinə dəvət olunmuş, orada məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 21 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 21 sentyabr 2023-cü il tarixdə, saat 09:50-də şəhər ərazisində polis şöbəsinin 1 nömrəli postunda ictimai qaydanı pozması, polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, 21 sentyabr 2023-cü il tarixdə, saat 09:50 radələrində Şirvan şəhər X1 buraxılış məntəqəsində xidmətdə olarkən, həmin zaman bir nəfər şəxs uca səslə ünvansız nalayiq söyüşlər söymüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və etdiyi qanunsuz əməlləri dayandırmağı tələb etmiş, həmin şəxs etdiyi qanunsuz əməlləri dayandırmayaraq ona məhəl qoymamış, tabesizlik göstərmişdir. Bundan sonra həmin şəxs tərəflərindən Şirvan ŞPŞ-nin Növbətçi Hissəsinə dəvət olunmuş, orada məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(032)-419/2017 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(032)-480/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(032)-599/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində minimum həddə inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 21 sentyabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar