Məhkəmə qərarları › İş №3(032)-1086/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1086/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1086/2025 21.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X6ndən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X6 tərəfindən Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Kombinatı Müəssisəsinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 11 iyul 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, üzərinə xüsusi xəbəredici nişan olan avadanlıq, əl arabası və xüsusi nişan olan zibil qutuları ilə təmin edilməməklə əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən İlahə Zeynalovanın sağlamlığına az ağır zərər urulmuşdur. Protokol baxılmaq üçün Şirvan şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X6nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X10 X19 Şirvan şəhər şöbəsinin 17 mart 2025-ci il tarixli, 140 nömrəli rəyində qeyd olunmuşdur ki, X2 bədən səthində aşkar olunan xəsarətlər – sağ baldır sümüklərin yuxarı 1/3-nin çoxqəlpəli, oynaqdaxili yerdəyişən sınığı, sağ qamış sümüyünün proksimal şöbəsinin sınığı, sol diz oynağının yan bağının (daxili) (xaici) gərilməsi və cırılması-küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 04 mart 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/3-2-327/2025 nomrəli əmri ilə təyin edilmiş tərkibində sədr X15 oğlu - X12 Xidmətinin X6nin rəis müavini və üzvlər: X7-X1 sədri, X8-“X21” MMC-nin baş mütəxəssisi olan komissiya xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “X21” MMCnin Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Kombinatı Müəssisəsinə (bundan sonra Müəssisə) təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş işçisi X2 xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmaqla akt tərtib edilmişdir. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi aşağıdakı qaydada olmuşdur: Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci bəndinə əsasən Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Kombinatı Müəssisəsinin rəisi Şəxs cavabdehliyini müəyyən etmişdir. X3 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “X21” MMC-i tərəfindən uçota alınmalıdır. İzformalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi “X21” Elmi MMC-nin rəhbərliyi tərəfindən təmin edilsin. Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona sosial təminat hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişlər. Şirvan şəhər Polis şöbəsinin İB-nin baş müstəntiqi, polis mayoru Pərviz Qasımov tərəfindən tərtib olunmuş 25 aprel 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:20 radələrində Salyan rayonu, Düzənlik kəndində qeydiyyatda olan X9 nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi “Mercedes Benz E280” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, H.Əliyev prospektindən üzü Şirvan şəhər istiqamətində hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azatlmaq üçün mümkün olan tədbirlər görməlidir” tələbinə zidd olaraq, bu qaydaya riayət etməyərək avtomobili hərəkət etdirib piyada X4 vurmaqla, sonuncunun sağ baldır sümüklərinin yuxarı 1/3-nin çoxqəlpəli, oynaqdaxili yerdəyişən sınığı, sağ qamış sümüyünün proksimal şöbəsinin sınığı, sol diz oynağının yan bağının (daxili) (xarici) gərilməsi və cırılması xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağalmlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlğına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin qərara əsasən X9 cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati iş üzrə icraat açılmasından qəbul edilmiş qərarın surəti Şirvan ŞPŞ-nin DYPB-nə göndərilməsi və s. qərara alınmışdır. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə qərarla bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş 15 may 2025-ci il tarixli, MN ******* nömrəli protokol və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar