Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1087/2025 31.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, ünvan 1 ünvanında yerləşən Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsi (VÖEN : **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə X6 müraciətinə baxılarkən qanun pozuntusu aşkar olunmuş, müəssisəyə xx.xx.2025-ci il tarixli 3-17-5/2-70062/2025 saylı icrası məcburi göstəriş yerinə yetirilməmişdir. Məhkəmə iclasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin hüquqi ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-69980/2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra nazirlik) yanında X15 Xidmətinin X5nə Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsində əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciətinə X14 Xidmətinin X5ndə baxılmışdır. Yol verilən qanun pozuntusuna görə Sizin barənizdə 30 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və 06 avqust 2025-ci il tarixli MN ******* nömrəli İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında MN № ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin rəisi X7 İXM-nin 192.4, 192.6-cı maddələri ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin rəisi X7 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-67629/2025-ci il tarixli məktubdan görünür ki, Hacıqabul rayon sakini X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra nazirlik) yanında X14 Xidmətinin X5nə Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsində əmək hüquqlarınızın pozulması ilə bağlı daxil olmuş müraciətinə X14 Xidmətinin X5ndə baxılır. Yol verilən qanun pozuntusuna görə Sizin barənizdə 30 iyul 2025-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılması 06 avqust 2025-cü il tarixdə saat 10:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X14 Xidmətinin X5nə (ünvan Salyan şəhəri H.Əliyev küçəsi 1079 Əlaqə: ***-***-**-**) çağırılırsınız. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-70062/2025-ci il tarixli icrası məcburi olan göstərişdən görünür ki, vətəndaş X6 Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra nazirlik) yanında X14 Xidmətinin X5nə Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsində əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciətinə X14 Xidmətinin X5ndə baxılmışdır. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək və məşğulluq alt sisteminə baxılan zaman və Şirvan MTİ-dən daxil olan sənədlərdən müəyyən olunmuşdur ki, o, xx.xx.2020-cü il tarixdə idarədə işə qəbul olunmuşdur. İşlədiyi dövrlərdə müxtəlif vaxtlarda onun barəsində intizam tənbehləri tətbiq edilmişdir. 20 iyun 2025-ci il tanxdə Şirvan Mənzil Təsərrüfatı İdarsəinin rəisi ilə yaranan mübahisə ilə bağlı idarənin maddi məsul şəxsləri tərəfindən aktlar tərtib olunmuş və intizam araşdırması aparılmışdır. Araşdırmanın nəticəsi olaraq xx.xx.2025-ci il tarixdə idarənin 14-İ nömrəli əmri ilə Məcəllənin 186-cı maddəsinin 2ci hissəsinin (İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcallənin 10-cu maddəsinda nəzsərgə tutulan, hanyçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intzam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tanbehlərindən birini verə bilər) “b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmək funksiyasının icrası zamanı verilən tapşırıqların yerlə yetirilməmsi ilə bağlı xx.xx.2025-ci il tarxidən işdən kənarlaşdırımışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hal olmadan, qanunvericiliyin tələbləri pozulmuş, qanunsuz olaraq işdən kənarlaşdırılmışdır. İşdən kənarlaşdırıldığı dövr üçün əmək haqqı hesablanıb ödənilməmişdir, Məsələ xx.xx.2025-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin Menzil Təsərrüfatı İdarsənin yerli Həmkarlar Təşkilatında müzakirə olunmuş və onun işdə qalıb-qalmamğı barədə qərar verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə məcəllənin 70-ci maddəsinin (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) “ ç ” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetrmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Məcəllənin 71-ci (bu məcəllənin 70- “ ç ” bəndi nəzərdə tutulan əsasla əmək müqaviləsinin lağv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində için, istehsalın, əmək və icra intizamının nomal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habela emək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) maddəsinin tələbləri nəzərə alınmamışdır. Həmçinin məcəllənin 187-ci (İntizam tənbehinin verilməsi qaydaları) rnaddəsinin 2-ci hissəinin (İntizam tənbehi, işçi tərəfindən əmək və ya İcra intizamının pozulduğu askar edildiyi gündən bir ay keçənədək verilə bilər, işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyə sə o sügü vaxt əmin müddətə daxil edilmir) tələbləri pozularaq yuxarıda qeyd olunan müddət nəzərə alınmamış ,1 (bir) aydan artıq müddəl keçdikdən sonra intizam tənbehi tətbiq edilmiş və 189-cu maddəsinin (intizam tənbehinin verilməsi şərtləri) 1-ci hissəsinin (bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz) tələbləri pozularaq eyni intizam xətasına görə bir neçə intizam tənbehi tətbiq edilmişdir. Belə ki, xx.xx.2025-cı il tarixdə yaranmış intizam xətasına görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, qanunsuz işdən kənarlaşdırılaraq əmək haqqınız ödənilməmiş və əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, göstərilən nöqsanların 30 iş günü müddətində aradan qaldırıb Xidmətin Şirvan X16nə məlumat ( təsdiq edici sənədlərlə) verilməsi Sizdən xahiş olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X3 X9 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra nazirlik) yanında X14 Xidmətinin X5nə Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsində (bundan sonra Şirvan MTİ) əmək hüquqlarınızın pozulması ilə bağlı daxil olmuş müraciətinizə X14 Xidmətinin X5ndə baxılmışdır. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək və məşğulluq alt sisteminə baxılan zaman və Şirvan MTİ-dən daxil olan sənədlərdən müəyyən olunmuşdur ki, siz xx.xx.2020-cü il tarixdə idarədə işə qəbul olunmusunuz. İşlədiyiniz dövrlərdə müxtəlif vaxtlarda barənizdə intizam tənbehləri tətbiq edilmişdir. 20 iyun 2025-ci il tarixdə Şirvan Mənzil Təsərrüfatı İdarsəınin rəisi ilə aranızda yaranan mübahisə ilə bağlı idarənin maddi məsul şəxsləri tərəfindən aktlar tərtib olunmuş və intizam araşdırması aparılmışdır. Araşdırmanın nəticəsi olaraq sizə xx.xx.2025-ci il tarixdə idarənin 14-İ nömrəli əmri ilə məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin (İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan. həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər) “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Təqdim edilmiş sənədlərdə qeyd olunur ki, əmək funksiyanızın icrası zamanı verilən tapşırıqların yerlə yetirilməməsi ilə bağlı xx.xx.2025-ci il tarxidən işdən kənarlaşdırımısıniz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hal olmadan, idarənin rəisi X7 tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, qanunsuz olaraq işdən kənarlaşdırılmısınız. İşdən kənarlaşdırıldığınız dövr üçün sizə əmək haqqı hesablanıb ödənilməmişdir. Qeyd olunan hal (33 gün sonra) xx.xx.2025-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin yerli Həmkarlar Təşkilatında müzakirə olunmuş və sizin işdən azad edilməyiniz məqsədəuyğun hesab edilmişdir. Sizinlə bağlanmış əmək müqaviləsinə məcəllənin 70-ci maddəsinin (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzilələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2025-ci il tarixdə (35 gün sonra) xitam verilmişdir. Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Məcəllənin 71-ci (bu məcəllənin 70 “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) maddəsinin tələbləri nəzərə alınmamışdır. Həmçinin məcəllənin 187-ci (İntizam tənbehinin verilməsi qaydaları) maddəsinin 2-ci hissəinin (İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir) tələbləri pozularaq yuxarıda qeyd olunan müddət nəzərə alınmamış,1 (bir) aydan artıq müddət keçdikdən sonra intizam tənbehi tətbiq edilmiş və 189-cu maddəsinin (intizam tənbehinin verilməsi şərtləri) 1-ci hissəsinin (Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz) tələbləri pozularaq eyni intizam xətasına görə bir neçə intizam tənbehi tətbiq edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə baş vermiş intizam xətasına görə sizə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, qanunsuz işdən kənarlaşdırılaraq əmək haqqınız ödənilməmiş və sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan qanun pozuntularina yol verdiyinə görə işəgötürən - Şirvan şəhər Mənzil Təsərüfatı İdarəsinin rəisi X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) və 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilrərək iş üzrə inzibati icraat başlanmışdır. İnzibati xəta haqqında işə xx.xx.2025-ci il tarixdə baxılmış və işəgötürən barəsində İXM-nin 34.3-cü maddəsinin (Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər) tələbləri nəzərə alınaraq 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə uyğun olaraq inzibati cərimənin şərti tətbiq ediməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) qeyd olunur ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.4 və192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Ona görə də vəzifəli şəxs barəsində göstərilən qanun pozuntularının aradan qaldırılması üçün 30 (otuz) gün müddət təyin olunmuşdur. Məcəllənin 288-ci maddəsinin (fərdi əmək mübahisələrinin predmeti) “a” bəndinə - əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi və “f” bəndinə - intizam tənbehi verilməsi halı fərdi əmək mübahisəsinin predmeti kimi təsbit olunur. Həmin məcəllənin 294-cü maddəsinin (fərdi əmək mübahisələrinə baxan orqanlar) ikinci hissəsində nəzərdə tutulmuş hallar (kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır) istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxıldığından aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır. Yuxarıda qeyd olunan nöqsanların aradan qaldlırımasi və Xidmətin X5nə məlumat verilməsi üçün Şirvan MTİ-nin rəhbərliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/ 2-69980/2025 nömrəli icrası məcburi göstəriş verilmişdir. Xidmətin X5ndə qəbul edilən zaman izahatınızda müharibə veteranı olmağınız barədə vəsiqəni rəsmi şəkildə idarəyə təqdim edtmədiyinizi qeyd et sıniz. Həmin sənəd rəsmi surətdə təqdim edilmədiyindən işlədiyinz dövrdə əmək haqqından gəlir vergisinə güzəştlər tətbiq edilməmişdir. Məlumat üçün bildiririk ki, həmin statsusda olan şəxslərin əsas əmək məzuniyyətinin müdəti 30 təqvim günüdür. Qəbul edilən zaman məhkəməyə müraciət etmək hüququnuz və vəzifələriniz, müraciətinizə baxılmasının eləcə də, qərarın icra vəziyyəti barədə əlavə məlumat veriləcəyi bir daha sizə izah olunmuşdur.” Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-70062/2025-ci il tarixli icrası məcburi olan göstərişdən görünür ki, X6 müraciəti əsasında aparılmış araşdırma zamanı bir sıra nöqsanlar aşkar edilsə də son olaraq ümumi şəkildə qeyd olunan nöqsanların aradan qaldırılması barədə Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinə göstəriş verilmişdir. Lakin nöqsanların biri də X12 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zamanı əmək qanunvericiliyin tələblərinin pozulması halıdır ki, bu nöqsanın da aradan qaldırılması X12 işə bərpa edilməsi yolu ilə mümkündür. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X12 xx.xx.2020-ci il tarixdə Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsində işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetrmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. X14 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-70062/2025-ci il tarixli “icrası məcburi göstəriş” verilmiş və göstərişdə göstərilən nöqsanların 30 iş günü müddətində aradan qaldırıb Xidmətin Şirvan X16nə məlumat (təsdiq edici sənədlərlə) verilməsi xahiş olunmuşdur. X4 xx.xx.2025-ci il tarixdə cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdeh Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi iddiaçı X12 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 25 iyul 2025-ci il tarixli 33-K saylı əmrin ləğv edilməsi, iddiaçı X2 şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin təmir-təmizlik sahəsinin rəisi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi qət edilmişdir. Göründüyü kimi X14 Xidməti Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinə xx.xx.2025ci il tarixdə icrası məcburi göstəriş verməklə, göstərişdə göstərilən nöqsanların aradan qaldırılması üçün 30 iş günü müddət müəyyən etsə də, həmin zaman kəsiyi ərzində (xx.xx.2025-ci il tarixdə) X12 işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmiş və X14 Xidmətinin X5 məhkəmənin sözügedən tələbə dair yekun məhkəmə aktı qəbul etməklə hüquqi qiymət verməsini gözləmədən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-70062/2025-ci il tarixli icrası məcburi olan göstərişi yerinə yetirməməsi səbəbi ilə Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsi barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 15-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın hüquqları, vəzifələri və fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzim edilir. Həmin Məcəllənin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə və «e» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan mübahisələr fərdi əmək mübahisələrinə aid edilir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 30 iyul tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X14 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X14 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında DƏMX haqqında Əsasnamə”nin 4.1.1-ci yarımbəndində əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək hüququna malikdir. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nın 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nın 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nın 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18- dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X14 Xidmətinin X5 tərəfindən Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinə konkret olaraq hansı nöqsanların aradan qaldırılması göstərilmədən “icrası məcburi göstəriş” verildiyindən, X14 Xidmətinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olmasa da, göstərişdə qeyd olunan nöqsanın da aradan qaldırılması X6 işə bərpa edilməsi yolu ilə mümkün olduğundan, X12 işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbi ilə məhkəməyə müraciət etdiyindən və məhkəmənin sözügedən tələbə dair yekun məhkəmə aktı qəbul etməklə hüquqi qiymət verməsini gözləmədən X14 Xidmətinin X5 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-70062/2025-ci il tarixli icrası məcburi olan göstərişi yerinə yetirməməsi səbəbi ilə Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsi barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etməklə işəgötürənin hüquqlarını məhdudlaşdırdığından, İXM-nın 539.1-1-ci maddəsinin tərkib əlamətlərində (əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir) işçinin işə bərpa edilməsinə dair göstərişin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsi (VÖEN : **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1087/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1087/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver