Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1092/2025 15.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətində daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in xx.xx.2025-ci il tarixli, 3-17-5/2-42037/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirməmiş, bu barədə sübutlar təqdim etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, vətəndaşlar X2. X3 və X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. "xxxx" MMC-nin direktoru Şəxs ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının DİN tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə Azərbaycan Respublikası İXM-nin 192.1-cimaddəsi ilə 3.000 manat məbləğində inzibati cərimə edilməsi barədə 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Həmin Məcəllənin 150.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 150.5 və 150.6-cı maddələrinin tələbinə əsasən icra edilməsi məqsədi ilə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədi ilə göndərilmiş olsa da hüquqi şəxs tərəfindən İXM-nin 150.1-ci maddəsində göstərilmiş müddət ərzində (İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.) tədbirlər görülməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC-nin direktoru Şəxs İXM-in 192.1-ci maddəsi ilə 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra, həmin inzibati cərimənin icrası məqsədilə DƏMX-in xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-42037/2025 nömrəli məktubuna əsasən Şəxs tərəfindən zəruri tədbirlər görülməli idi. Lakin bu qərar üzrə öhdəliklərin yerinə yetirilmədiyi, cərimənin müəyyən olunmuş müddətdə ödənilmədiyi, icranın təmin olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs həmin qərar qanuni qüvvəyə mindikdən otuz gündən gec olmayaraq cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə görə, bu müddət ərzində cərimə ödənilmədikdə, qərarın surəti cərimənin ödənilməsi üçün səlahiyyətli orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya gəlir əldə etdiyi təşkilata göndərilir. Buna baxmayaraq, "xxxx" MMC-nin direktoru Şəxs bu qanuni tələbi icra etməmişdir. Həmin hərəkətsizlik — yəni inzibati tənbeh haqqında qərarın icrası ilə əlaqədar qanunla nəzərdə tutulmuş tədbirlərin görülməməsi — Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İXM-in 529.1-1-ci maddəsinə əsasən, “bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə — vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə üç min manatdan beş min manatadək cərimə edilirlər.” Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC-nin direktoru olaraq Şəxs hüquqi şəxsin icra hakimiyyəti funksiyasını həyata keçirən şəxsdir və İXM-in 529.1-1-ci maddəsinin mənasında vəzifəli şəxs statusuna malikdir. Onun öhdəliyinə inzibati tənbeh haqqında qərarın vaxtında və tam şəkildə icrasını təmin etmək, ödənişin həyata keçirilməsini təmin edən tədbirlər görmək daxil idi. Lakin iş materiallarından görünür ki, bu istiqamətdə nə DƏMX tərəfindən göndərilən icra məktubuna cavab verilmiş, nə də qərarın icrası təmin edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyət fərdi məsuliyyətdir və yalnız təqsirli hərəkət və ya hərəkətsizlik mövcud olduqda tətbiq edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Bu işdə isə, vəzifəli şəxs tərəfindən qanunla tələb edilən icra tədbirləri görülməmiş, icraata dair səlahiyyətli orqanla əməkdaşlıq edilməmiş və cərimənin ödənilməsini təmin edən hər hansı fəaliyyət həyata keçirilməmişdir. Bu hal, inzibati qərarın icrasından yayınma kimi qiymətləndirilməklə, inzibati məsuliyyət üçün tələb olunan subyektiv və obyektiv tərkib əlamətlərinin mövcudluğunu sübut edir. İXM-in 9.1-ci maddəsinə əsasən tətbiq edilən inzibati tənbeh ədalətli olmalı, inzibati xətanın xarakterinə, onun törədilmə hallarına və təqsirkar şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xəta ictimai münasibətlərə zərər vurmuş, dövlət orqanının qərarının icrasız qalmasına səbəb olmuş, bu da inzibati nəzarətin effektivliyini zəiflədən davranış kimi qiymətləndirilməlidir. İXM-in 84.1-ci maddəsinə əsasən hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmənin daxili inamı formalaşır ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh haqqında qərarın icrası ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görülməmiş, nəticədə İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermişdir. Buna görə də məhkəmə hesab edir ki, protokolda göstərilən hallar sübuta yetirilmişdir, Şəxs inzibati məsuliyyətə cəlb edilməli və törədilmiş xətanın xarakterinə, şəxsiyyətinə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən hallar nəzərə alınmaqla, İXM-in 529.1-1-ci maddəsinə əsasən 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Nəticə etibarilə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş inzibati protokol təmin edilməlidir, Şəxs tərəfindən “İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi” inzibati xəta tərkibi sübuta yetirilmiş və o, İXM-in 529.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1092/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1092/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver