Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1096/2023 25.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati protokol tərtib edilmiş Şəxs İnzibati protokolu tərtib etmiş X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Sabirabad rayonunda anadan olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokola əsasən Şəxs 23 sentyabr 2023-cü il tarixdə saat 09:00-da şəhər ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, birlikdə çalışdığı fəhlə tanışları xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Kapital Bank”-ın hasarı üzərində olan daşların söküntüsünü aparan zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları polis şöbəsinə aparmaq istəmişdir. Bu zaman məsələni öyrənmək üçün onlara yaxınlaşaraq polis əməkdaşlarından bu barədə rəisinə məlumat verməyi xahiş etmiş, lakin polis əməkdaçları onun əlindən telefonu polis əməkdaşı Şahid1 alaraq boğazından yapışıb patrul avtomobilinə əyləşdirmişdir. Polisin qanuni tələblərinə əməl etmişdir, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Sadəcə olaraq onu polis şöbəsinə apardıqları üçün öz müdirinə məlumat verilməsinə imkan yaratmağı xahiş etmişdir. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 09:00-da Şirvan şəhər, M.Ə.Rəsulzadə küçəsində xidmətdə olan zaman orada yerləşən “Kapital Bank”-a məxsus hasarın üzərindəki ağ daşları sökən zaman görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs öz rəhbərliklərinin xəbəri olduğunu, həmçinin də “Kapital Bank”-ın müdirinin xəbəri olduğunu bildirmişlər. Məsələyə aydınlıq gətirək üçün həmin şəxsləri Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslərdən X4 və X6 ucadan səs küy salaraq ünvansız küçə söyüşləri söyməklə ictimai qaydanı pozmağa başlamışlar və onlar həmin şəxslərə etdiyi hərəkətin yanlış olduğunu izah etmişlər və barələrində protokol tərtib etmək üçün Polis Şöbəsinə dəvət etmişlər. Sonradan oraya Şəxs adlı şəxs yaxınlaşaraq uca səslə küçə söyüşləri söyməyə və onları təhqir etməyə başlamışdır. Şəxs irad bildirib intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə dəfələrlə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmağa davam etmişdir. Bundan sonra onlar Şəxs polis şöbəsinə gətirmək istədikdə sonuncu nalayiq küçə söyüşləri söyərək onları təhqir etməyə və tabesizlik göstərməyə davam etmişdir. Bundan sonra Şəxs Şirvan ŞPŞ-yə gətirmişlər. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati protokolu tərtib etmiş X2 məhkəmədə izahat verərək Şəxs qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilərək tənbehlənməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 23 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 23 sentyabr 2023-cü il tarixdə şəhər ərazisində polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli raporta əsasən xx.xx.2023-cü il tarixdə, saat 09:00-da Şirvan şəhər, M.Ə.Rəsulzadə küçəsində xidmətdə olan zaman orada yerləşən “Kapital Bank”-a məxsus hasarın üzərindəki ağ daşları sökən zaman görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs öz rəhbərliklərinin xəbəri olduğunu, həmçinin də “Kapital Bank”-ın müdirinin xəbəri olduğunu bildirmişlər. Məsələyə aydınlıq gətirək üçün həmin şəxsləri Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslərdən X4 və X6 ucadan səs küy salaraq ünvansız küçə söyüşləri söyməklə ictimai qaydanı pozmağa başlamışlar və onlar həmin şəxslərə etdiyi hərəkətin yanlış olduğunu izah etmişlər və barələrində protokol tərtib etmək üçün Polis Şöbəsinə dəvət etmişlər. Sonradan oraya Şəxs adlı şəxs yaxınlaşaraq uca səslə küçə söyüşləri söyməyə və onları təhqir iq etməyə başlamışdır. Şəxs irad bildirib intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə dəfələrlə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmağa davam etmişdir. Bundan sonra onlar Şəxs polis şöbəsinə gətirmək istədikdə sonuncu nalayiq küçə söyüşləri söyərək onları təhqir etməyə və tabesizlik göstərməyə davam etmişdir. Bundan sonra Şəxs Şirvan ŞPŞyə gətirmişlər. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2023cü il tarixində inzibati qaydada tutulmuşdur. Şəxs Şirvan şəhər Polis Şöbəsində olarkən ondan xx.xx.2023-cü il tarixində Polis Şöbəsində olacağı barədə müvafiq iltizam alınmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: İşin faktiki hallarından da məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, sadəcə olaraq özünün və iş yoldaşlarının polis şöbəsinə aparılması barədə müdirlərinə zəng etməsini xahiş etmiş, ona imkan yaradılmadıqdan sonra isə polis əməkdaşlarının tələbi ilə polis şöbəsinə getmiş, izahat vermişdir. Şəxsin səs-küy salaraq ictimai qaydanı pozması, həmçinin onu sakitləşdirməyə çalışan polis əməkdaşına tabesizlik göstərməsi inandırıcı olmamaqla, şəxsin öz ifadəsi ilə də təkzib olunur. Raportu tərtib edən polis əməkdaşından başqa iş üzrə şəxsin həqiqətəndə göstərilən vaxtda ictimai qaydanı pozması, sonra isə qərəzli hərəkətlərini davam etdirərək polisə müqavimət göstərməsini təsdiq edən heç bir sənəd, şahid, əlavə sübut mövcud deyil. Bütün şübhəli və ziddiyyətli məqamların şəxsin xeyrinə həll olunduğu halda isə Şəxs hərəkətləri polisə tabesizlik kimi qiymətləndirilə və o, təqsirli olmasını təsdiq edən heç bir tutarlı səbəb olmadığından inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilə bilməz. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1096/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1096/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver