Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1101/2023 28.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Şəxs idarə etdiyi “VAZ 21154” minik markalı, ** BL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə şəhərin H.Əliyev prospektində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhərində taksi kimi fərdi qaydada fəaliyyət göstərir və bu yolla ailəsini dolandırır. İdarəetdiyi “VAZ 21154 minik” markalı ** BL *** d.q.n-lı avtomobil baş etibarnamə ilə onun adınadır, həmin avtomobili 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhər sakini X5 8000 manat pul müqabilində almış, həmin avtomobilə dair bütün mülkiyyət hüquqları ona aiddir. 07 iyul 2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində üzü Hacıqabul şəhəri istiqamətində idarəetdiyi “VAZ 21154 minik” markalı ** BL *** d.q.n-lı avtomobili ilə hərəkət etmiş, həmin vaxt avtomobildə sağ ön oturacaqda Fürsənt adlı tanışı oturmuşdur. O, avtomobil ilə üzü hacıqabul istiqamətində yolun sol tərəfində hərəkətdə etmiş, həmin vaxt avtomobilin sürəti 70-80 km/saat olmuşdur. Hərəkətdə olan zaman sağ tərəfdə isə QAZ 3110 markalı avtomobil hərəkətdə olmuş, o, “Köhnə qızıl” adlanan yerdə olan işıqfora təxminən 25-30 metr qalmış sağ tərəfində hərəkət edən QAZ 3110 markalı avtomobil onu ötmüş və yolun sağ tərəfindən sol tərəfində manevr etmişdir. Bu zaman o, avtomobilin tormoz sistemindən istifadə etmiş, avtomobili yolun soluna çəkmək istəmiş, lakin QAZ 3110 markalı avtomobildə yolun soluna hərəkət etdiyindən o avtomobilin idarəetməsini itirmiş, həmin vaxt hər ikisi də, yolun əks istiqamətinə çıxmışlar, sonra QAZ 3110 markalı avtomobil əks yolda tam sola çəkilmiş, onun avtomobilinin sağ tərəfi ilə QAZ 3110 markalı avtomobilin sol arxa təkər tərəfi toqquşmuş və toqquşmanın təsirindən avtomobil fırlanaraq, yolun sol tərəfində üzü işıqfora tərəf dayanmışdır. Toqquşma zamanı baş nahiyəsi avtomobilin qapısının yuxarı tərəfində dəymiş və başı əzilmişdir. Avtomobildə sərnişin olan Fürsəntin isə başı avtomobilin ön şüşəsinə dəymiş və əzilmişdir. Toqquşmadan sonra o və Fürsənt avtomobilin pəncərəsindən yerə düşmüşlər, sonra hadisə yerinə TTYS-nin avtomobili gəlmiş və onalrı Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Hadisə zamanı başının sol arxa hisəsindən xəsarət almışdır. Hadisə zamanı ayıb olmuşdur. Hadisə zamanı idarəetdiyi avtomobildə tanışı Fürsənd olmuşdur. Əməlindən peşmandır, onu sürücülük hüququndan məhrum etməməyi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X3 ifadəsində bildirmişdir ki, idarəetdiyi “QAZ 31029 minik” markalı ** CH *** d.q.n-lı avtomobil onun mülkiyyətindədir və ona məxsusdur. 07 iyul 2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində üzü Hacıqabul şəhəri istiqamətində idarəetdiyi “QAZ 31029 minik” markalı ** CH *** d.q.n-lı avtomobillə 40-50 km/saat sürətlə hərəkətdə etmiş, həmin vaxt “Köhnə qızıl” adlanan yerdən sola dönmək üçün sürəti azaltmış, xəbərdaredici işığı yandırmış və avtomobili sol tərəf çəkmişdir. Sonra əks yoldan gələn avtomobili ötürmüş, avtomobili sola tərəf hərəkət etdirmətə başlamış və məqsədi əks yoldan bağ evləri adlanan yerə gedən yola çıxmaq olmuşdur. Bu zaman o, əks yola çıxıb hərəkətdə olarkən arxadan gələn “VAZ 21154 minik” markalı avtomobilin ön sağ tərəfi onun avtomobilinin arxa sol yan tərəfi ilə toqquşmuş, toqquşma zamanı avtomobil fırlanaraq, yolun sağ tərəfində üzü Şirvan şəhər istiqamətində dayanmışdır. Toqquşma zamanı alnının sol tərəfi avtomobilin qapısına dəymiş və əzilmişdir. Bundan sonra o, avtomobildən yerə düşmüş, bir müddət sonra hadisə yerinə TTYS-nın avtomobili gəlmiş və onu Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar.Hadisə zamanı başının sol arxa hissəsində xəsarət almışdır. Hadisə zamanı ayıq olmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. İdarəetdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Hazırda ona vurulmuş ziyanı sığorta ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X7 X9 10 iyul 2023-cü il tarixli, 316 №-li rəyinin surətindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər-alın nahiyyəsində əzilmiş-cırılmış yara, sol gözaltı nahiyyədə şişkinlik-qançır, sol göz yarığının daralması, sol gözün ağlı qişasında qansızma-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 07 iyul 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 07 iyul 2023-cü il tarixli, 69 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəısinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1101/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1101/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver