Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1103/2023 02.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə X1 iştirakı ilə, X3 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsi barədə vermiş olduğu şikayətinə baxaraq MÜƏYYƏNETDİ X2 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 26 iyun 2023 cü il tarixdə saat 13.00 radələrində Sabirabad rayonu, Qarağac kəndində yerləşən “Oba Market" adlanan yerdə idarə etdiyi “VAZ 2106 minik” markalı **-OG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında olan X6 idarə etdiyi “Mitsubishi” markalı 99-TD 663 dövlət qeydiyyatlı avtomobillə toqquşmaqla sonuncuya maddi ziyan vurmaqla və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Avtomobili sərxoş halda idarə etməyi müəyyən olunmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi barədə inzibati xəta haqqında iş baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə törətdiyi əməli etiraf etməklə, “VAZ-2106 minik” markalı **-OG-*** dövlət nömrə nişanlı avtomobili etibranamə ilə idarə etməyini, 26 iyun 2023-cü il tarixdə saat 13 radələrində evdə olan zaman spirtli içki qəbul edib idarə etdiyi avtomobillə evə ərzaq almaq məqsədi ilə Sabirabad rayonu, Qarağac kəndində yerləşən “Oba Market” adlanan yerə getməyini bildirmişdir. Hərəkətdə olarkən qarşıda olan X6 idarə etdiyi “Mitsubishi” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yoxlama zamanı sərxoş halda avtomobili idarə etməyi müəyyən edilmişdir. Əməlindən səmimi peşman olmaqla, ilk dəfədir ki, inzibati xəta törətmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(056)-902/2023 saylı qərarına əsasən X4 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək və o, nəqliyyat vasitələrini idarəetmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbsetmənin əvvəli hazırki gündən, yəni xx.xx.2023-cü il tarixdən 17:10-dan hesablanması qərara lınmışdır. 15 (on beş) gün müddətinə inzibati qaydada həbs müddətini çəkib qurtardıqdan sonra xx.xx.2023-cü il tarixdə asanpay mobil tətbiq sistemi üzərindən barəsində İXP ******* nömrəli elektron qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyinə görə 700 azn məbləğində cərimə edilməyi məlum olmuşdur. X2 məhkəmə iclasında iştirak edərək şikayətin təmin edilməsini, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Hazırki məhkəmənin yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin əməkdaşı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbini bildirməmiş, iş üçün əhəmiyyətli olan sənədlərin, sübutların məhkəməyə təqdim olunması barədə məhkəmənin sorğusunu icra etməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin əməkdaşının iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutlara qiymət verərək hesab edir ki, şikayət ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(056)-902/2023 saylı qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarəetmək hüququ 02 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla X4 Azərbaycan Respublikası İXM-nin 332.1, 327.6, 333.3 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə görə sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında sürücü X3 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları mübahisəli olduğundan müəyyən edilməmiş, şəxs Azərbaycan Respublikası İXM-nin 333.3.-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, məhkəmənin müvafiq qərarı ilə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir, xx.xx.2023-cü il tarixli, İXP ******* inzibati tənbeh vermə haqqında qərara istinad olunması bunun üçün kifayət qədər əsas vermir, odur ki, X1 şikayəti qismən əsaslıdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X7 qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X4 BDYPİ-nə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutub, QƏRARALDİ: Azərbaycan Respublikası Baş X9 Bölməsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi barədə X3 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Baş X9 Bölməsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərarlara yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1103/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1103/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver