Məhkəmə qərarları › İş №3(032)-1105/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1105/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1105/2023 15.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi X1 iştirakı ilə, X2 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol əsasında tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmiş, şikayətə əsasən xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində “X8” 115 CDİ minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ şəhəri, İ.B.Qurtqaşınlı küçəsində hərəkət edən zamanı Qəbələ rayon Yol Patrul Xidmətinin inspektoru, baş serjant X4 Azərbaycan Respublikası İXM və “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmadığı halda əsassız olaraq onu saxlamış və telefonu əldə saxlamaqla ondan istifadə etmədiyi halda barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə İXP 559806 nömrəli protokolu tərtib etmişdir. Həmin protokol ilə razılaşmadığı və avtomobil idarə edən zaman telefondan istifadə etmədiyi üçün həmin protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə etdi, izahatında bildirdi ki, hərəkətdə olarkən ailə üzvlərindən zəng gəldiyindən telefona qulaqcıq taxmaq istəmiş, qulaqcıq əlində olarkən polis əməkdaşı onu görərək arxasınca gəlmiş və saxlayaraq barəsində protokol tərtib etmişdir. məhkəməyə bildirir ki, qulaqcıqdan istifadə etməkdə məqsədi evdən gələn zəngə cavab vermək istəməsi olmuşdur. Şikayət ərizəsində hansı səbəbdən əlində telefon saxlamasını yazmasını bilmir, ola bilsin ki, texniki səhv olmuşdur. O əlində telefon saxlmamaışdır, artıq qulaqcığı telefona taxmış, əlində yalnız qulaqcıq olmuşdur. Qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin DYPB-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X3 “X8” 115 CDİ minik markalı, ** VA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə Azərbaycan respublikası İXM-nin 342.6-cı maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərara əsasən X3 xx.xx.2023-cü il tarixdə, saat 16:06-da Qəbələ rayonu, İ.B.Qutqaşınlı küçəsində ** VA *** dövlət qeydiyyat nömrəli “X8 115 CDİ” minik avtomobili ilə hərəkətdə olan zaman telefonu əldə saxlamaqla ondan istifadə etmiş və Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinin dizpozisiyasında göstərilmişdir ki, Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə -əlli manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün bildirdiyi halları əsassız kimi qiymətləndirir, həmin qərarın ləğvi üçün əsas ola bilmədiyi qənaətə gəlir. Belə ki, şikayətçi əvvəlcə məhkəməyə ünvanladığı şikayətində telefonu əlində saxladığını, lakin ondan istifadə etmədiyini qeyd edir, məhkəmə iclasında isə hərəkətdə olarkən evdən gələn zəngə cavab verməsi üçün telefona qulaqcıq taxdığını, polis onu görəndə isə əlində yalnız qulaqcığın olmasını bildirir. Məhkəmə şikayətçinin bildirdiyi ziddiyyətli izahatlara əsasən hesab edir ki, avtomobili idarə edərkən, yəni hərəkətdə olarkən telefonuna daxil olan zəngə cavab verməsi üçün mobil telefonundan istifadə etməsi halının aşkar edilməsi nəticəsində səlahiyyətli orqan şikayətçini haqlı olaraq inzibati qaydada tənbehləmiş, barəsində cərimə tədbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında tərtib olunan qərarın ləğvi yalnız inzibati xəta baş verməsini şübhə altına alan, xətanın tərkibini formalaşdıran əlamətlərin ziddiyyətli məqamlara əsaslanması, qərarın qanuna zidd və əsassız tərtib olunması hallarının mövcud olduğu təqdirdə mümkün sayıla bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair Qəbələ rayonu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə barəsində inzibati cərimənin tədbiq edilməsinə dair xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar