Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1108/2023 01.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şirvan şəhər prokurorunun köməkçisi X2, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şirvan RETSİ yarımstansiya üzrə təmir ustası Şəxs tərəfindən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”’nın 2.1.13 bəndinin tələbinin pozulması, briqada üzvlərinin işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə nəzarəti təmin etməməsi nəticəsində Şirvan şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 763 №li açılıbbağlama məntəqəsində “Rabitə” hava elektrik xəttinin yağ açarında təmir-bərpa işləri aparan elektrik-montyor Əlimehti Hüseynov 6 kV-luq hava xəttinin dolabın üst hissəsində quraşdırılmış izolyatorunu təmziləyərkən elektrik cərəyanı vuraraq sonuncunun İV, V, Vİ döş fəqərə korpuslarının yuxarı ön səthlərində kompression sınıq, sağ saidin orta 1/3-nin iç səthində, sağ əlin İİ, İİİ, İV, V barmaqların uc falanqasının yastıq hissəsində, sağ kürəkdə, sağ kürəkaltı nahiyyənin tış səthində, sol mil-biləkdə, sol əlin ovuc hissəsində yanıq izləri ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şirvan şəhər prokurorunun köməkçisi X4 məhkəmə iclasında qərarı müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2002-ci ildən Şirvan RETSİ-də müxtəlif vəzifələrdə işləmişdir. o, 2016-cı ildən Şirvan RETSİ-də yarımstansiya xidməti üzrə təmir ustası vəzifəsində işləyirəm. Yarımstansiya xidməti üzrə təmir ustası qismində vəzifə təlimatına aiddir: yağ açarlarının və elektrik avadanlıqlarının təmir-bərpası fəaliyyəti ilə məşğul olmaq. 30 avqust 2023-cü il tarixdə, saat təqribən 09 radələrində Şirvan RETSİ X6 baş mühəndisi Calal Kərimov onlara demişdir ki, 763 nömrəli açılıbbağlama məntəqəsində “Yağ açarının cari təmiri” işləri görüləcəkdir. Naryad əsasında iş rəhbəri Calal Kərimov təyin olunmuşdur. Qrupda o, Rəhim, onun oğlu Əlimehti və Fikrət olmuşdur. Onlardan başqa şəbəkənin 2-3 nəfər işçisi məntəqənin ərazisini təmizləmək üçün cəlb edilmişdir. Onlar xx.xx.2023-cü il tarixdə, saat təqribən 09 radələrində məntəqəyə gəlmişlər. Məntəqəyə gəldikdən sonra Calal Kərimov şəbəkənin dispetçeri ilə əlaqə saxlamışdır. Bir qədər sonra dispetçer elektrik xəttinin şəbəkədən ayrıldığını və stasionar torpaqlandığını Calal Kərimova demişdir. Onlarda yarımstansiyada səyyar torpaqlamanı həyata keçirmişlər. Səyyar torpaqlama dedikdə təmir-bərpa işləri gedən ərazidə elektrik cərəyanlarının sızmalarının qarısını almaq üçün elektrik hava xəttləri ilə torpaq arasında əlaqənin yaradılması başa düşülür. “Rabitə xəttinin yağ açarı”nı şitin içərisindən çıxardaraq təmir etməyə başlamışlar. O, şitin arxasında iş görərkən qışqırıq səsi eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün səs gələn tərəfə yaxınlaşdıqda elektrik-montyor Rəhimin özü kimi elektrik-montyor olan oğlu Əlimehtinin kürəyi üstə yıxıldığını görmüşdür. O, həmin an anlamışdır ki, Əlimehtini elektrik cərəyanı vurmuşdur. Sonuncunun ağzının kilitləndiyini görmüşdür. Onlar ona ilkin tibbi yardım göstərməyə çalışmışlar. Onlar təcili tibbi yardıma zəng etmişlər. Saat təqribən 10:30 radələrində təcili tibbi yardım Əlimehtini Şivan şəhər Mərkəzi Xəstəxanasına çatdırmışlar. Şəxs hadisə yerindən sonra yarımstansiyadakı xidməti yerinə qayıtmışdır. Daha sonra aldığı məlumata görə Əlimehtinin vəziyyətinin normal olduğunu öyrənmişdir. Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şirvan şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 763 nömrəli açılıb-bağlama məntəqəsində yağ açarının təmir edilməsi prosesində öz, Cəlal müəllim, Fikrət, Rəhim və Əlimehti olmuş, məntəqə ərazisini təmizləmək üçün gələn fəhlələrdən birinin adının Elsəvər olduğunu bilmiş, digərlərini isə tanımamışdır. Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, yağ açarlarının təmirtəmizlik işlərinin görülməsi ilə bağlı instruktiv təlimatın mövcudluğu barədə məlumatı var, hansı işçi tərəfindən instruktiv təlimatın qaydalarının pozulması barədə dəqiq məlumatı yoxdur, iş yerinin hazırlığı mərhələsində məntəqədə ümumiyyətlə elektrik cərəyanı bağlanmış, daha sona onların təmizlik-bərpa və təmir işlərini görəcəkləri “Rabitə xəttinin yağ açar”ı yerləşən bölmədən başqa digər bölmələrə elektrik cərəyanı verilmişdir. Şəxs həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 763 nömrəli açılıb-bağlama məntəqəsində “Yağ açar”ında təmir-bərpa işləri aparılarkən digər xətlərin işlək vəziyyətdə olması barədə əlumatı məlumatı yoxdur, Şirvan şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 763 nömrəli açılıb-bağlama məntəqəsində yağ açarının təmir edilməsi prosesi zamanı digər xəttlərə elektrik cərəyanın verilməsi barədə, eləcə də dispetçerə təmir bərpa işləri aparılan xətlər üzrə açılıb-bağlanma əmrləri əmr iş rəhbəri Calal Kərimov tərəfindən verilmişdir. Əlimehti izolyatoru silərkən əlini izolyatorun yuxarı seksiya xəttinə vurması nəticəsində onu elektrik cərəyanı vurmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Natomiya Birliyi” Publik hüquq şəxsin xx.xx.2023-cü il tarixli, 474 nömrəli rəyində göstərilmişdir ki, 1991-ci il təvəllüdlü X3 bədən səthində aşkar olunan xəsarətlər-İV,V,Vİ döş fəqərə korpuslarının yuxarı ön səthlərində kompression sınıq, sağ saidin orta 1/3-nin iç səthində, sağ əlin İİ,İİİ,İV,V barmaqların uc falanqasının yastıq hissəsində, sağ kürəkdə, sağ kürəkaltı nahiyyənin tış səthində, sol mil-biləkdə, sol əlin ovuc hissəsində yanıq izləri-texniki elektrikvurmanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 30 avqust 2023-cü il tarixdə əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərəzinin xx.xx.2023-cü il tarixli, 10/67xx-xx/6864 nömrəli rəyində göstərilmişdir ki, X7 elektrik montyoru vəzifəsində işləyən X1 şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 763 №li açılıb-bağlama məntəqəsində “Rabitə” hava elektrik xəttinin yağ açarının dolabının arxa tərəfində təmizlik işləri apararkən həmin dolabın üst hissəsindən keçən gərginlik altında olan 6 kV-luq hava xəttinin dolabın üst hissəsində quraşdırılmış izolyatoruna yolverilməz məsafədə yaxınlaşması baş vermiş hadisənin texniki səbəbi olmuşdur; Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.3.3 və 2.1.13 bəndlərinin tələbləri pozulmuşdur. X7 elektrik montyoru vəzifəsində işləyən X5 763 №li açılıb-bağlama məntəqəsində “Rabitə” hava elektrik xəttinin yağ açarının dolabının arxa tərəfində təmizlik işləri apararkən həmin dolabın üst hissəsindən keçən gərginlik altında olan 6 kV-luq hava xəttinin dolabın üst hissəsində quraşdırılmış izolyatoruna yolverilməz məsafədə yaxınlaşmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun özü tərəfindən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.3.3 bəndinin tələbi pozulmuşdur. Şirvan şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 763 №li açılıbbağlama məntəqəsində “Rabitə” hava elektrik xəttinin yağ açarında təmir-bərpa işləri aparılan zaman briqada üzvlərinin işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə nəzarəti təmin etmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”’nın 2.1.13 bəndinin tələbi 30 avqust 2023-cü il tarixli 35 №li “Naryad Buraxılış” a əsasən həmin işlərin görülməsində iş icraçısı təyin olunmuş Şirvan RETSİ-nin yarımstansiya üzrə təmir ustası Şəxs tərəfindən pozulmuşdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək Şəxs qarşı zəzərçəkmiş şəxslərin heç bir şikayət və tələbi olmamasını, şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici halın olmasını və əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1108/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1108/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver