Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1110/2024 25.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24528920 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24528920 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, ona əsassız yazılmış 100 manat inzibati cərimənin silinməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə görə barəsində Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24528920 nömrəli nömrəli protokol tərtib edilmişdir. Həmin protokolu qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş protokol Şirvan şəhər Polis Şöbəsində təhlükəsiz şəhər karnerlarına video nəzarət üçün quraşdırılmış manitorlardan istifadə edilərək çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və ona qanunsuz olaraq cərimə yazılmışdır. Çünki, bu cərimənin yazılması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəticəsində yazılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş şikayət vermiş şəxs X1 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-nın 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 24528920 nömrəli elektron qərarın surətindən görünür ki, X1 idarə etdiyi Ford Focus minik markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 17:08:32-də Şirvan şəhəri F.Eynullayev küçəsində “Giriş qadağandır” yol nişanının tələblərinə riayət edilməməsinə görə 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilmişdir . Şikayət vermiş şəxs X1 xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, onun inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə İXM-yə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsindən asılıdır. Bu səbəbdən də şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, X1 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 tərəfindən Azərbaycan Respublikası Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24528920 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1110/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1110/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver