Məhkəmə qərarları › İş №3(032)-1111/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1111/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1111/2024 27.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə X5 tərəfindən verilmiş şikayətə və müddətin bərpa edilməsi barədə vəsatətə baxaraq, məhkəmə müəyyən etdi : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərar əsasında təyin edilmiş 3000 manat məbləğində cərimə məbləğinin silinməsini məhkəmədən xahiş etmişdir. X1 vəsatətlə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərarından şikayət verməyi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 vəsatəti müdafiə etdi, izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərarından şikayət vermə müddətini üzürlü səbəbdən buraxmışdır. Odur ki, vəsatətin təmin edilməsini və şikayətə mahiyyəti üzrə baxaraq qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 vəsatətin və şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, vəsatəti nəzərdən keçirərək hesab edir ki, vəsatət və ona əlavə edilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərindən göründüyü kimi inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətini ötürmüş şəxslər tərəfindən müddətin bərpası ilə müraciət etmək hüququna malikdirlər. X7 Məcəlləsinin 130.2-ci maddəsinin tələblərindən göründüyü kimi müddətin bərpası ilə bağlı şəxsin vermiş olduğu vəsatətə hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılması nəzərdə tutulmuşdur. Yəni inzibati təneh təyin etmə haqqında qərarı qəbul etmiş orqanın və ya məhkəmənin qərarından verilmiş şikayət üzrə müddətin bərpası məsələsinə baxılması nəzərdə tutulmuşdur. Hazırkı halda barəsində tətbiq edilmiş inzibati tənbeh təyin etmə haqqında qərardan narazı qalan tərəf müddətin bərpası ilə bağlı olaraq həmin qərarı qəbul etmiş orqana müraciət etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi də həmin səlahiyyətli orqanın özü tərəfindən həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə X5 tərəfindən qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə vəsatət və həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə X5 tərəfindən qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə vəsatət və həmin qərardan verilmiş şikayət geri qaytarılsın. X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar