Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1113/2024 27.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şikayət verən şəxs X1, Qərarından şikayət edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı reginoal Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi Nümayəndə Fərhad oğlunun iştirakı ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Reginoal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 09 aprel 2024-cü il tarixli qərarından verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Reginoal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 09 aprel 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə olunmuşdur. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Reginoal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 09 aprel 2024-cü il tarixli qərardan şikayət verərək həmin qərar əsasında hesablanmış 3000 manat cərimə cəzasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatət verərək şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X2 tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı reginoal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 09 aprel 2024-cü il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Reginoal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 09 aprel 2024-cü il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması vəsatəti təmin edilmədiyindən, inzibati tənbeh vermə haqqında MN ******* saylı, 09 aprel 2024-cü il tarixli qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 130.2ci maddələrini rəhbər tutub, qərara aldı: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1113/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1113/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver