Məhkəmə qərarları › İş №3(032)-1116/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1116/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1116/2025 15.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, X1 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhəri X9 İdarəsi Yol Patrul Xidməti inspektoru polis serjantı Rza-zadə Təbriz Şahin oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə Bakı şəhəri X9 İdarəsi Yol Patrul Xidməti inspektoru polis serjantı Rza-zadə Təbriz Şahin oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, ona əsassız olaraq yazılmış 100 manat məbləğində cərimənin və 3 balın silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Changan” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Badamdar yolu 42 ünvanı üzrə hərəkətdə olarkən qismən nəqliyyat sığlığı anında digər nəqliyyat vasitələrinin hərəkəti ilə eyni anda hərəkətini davam etdirmişdir. Elektron qərarın barəsində tətbiq edilən vaxtda və yerdə qarşında və arxa tərəfində digər nəqliyyat vasitələri hərəkətlərini davam etdirmişlər. Hərəkətin istiqamətində işıqforun və ya nizamlayıcının qadağanedici işarələrinin tələblərini pozmamışdır. Barəsində tətbiq edilən qərarın tətbiq edildiyi ərazidən uzaqlaşdıqdan 3 saat sonra qərar barədə məlumat almışdır. O, bildirmişdir ki, ümumiyyətlə qırmızı işıqdan keçməmişdir. X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, keçən ayın, yəni 2025-ci ilin sentyabr ayının 20-i Bakıya bacısıgilə qonaq getmişdir. Həmin gün Bakıda olmuşdur. Avtomobili idarə edərkən svetoforun qırmızı işıqdan keçməmişdir. Buna dair heç bir rəsmi sənəd gəlməmişdir. Şikayətini də bildirmiş, lakin, heç bir məlumat verilməmişdir. Qərarda heç bir əsas göstərilməmişdir. Həmçinin məhkəmə iclasında mobil telefon tətbiqinə daxil olaraq həm “SMS radar” sistemi, həm də “Asan Pay” sistemlərində cərimənin mövcud olması, lakin nə video və ya fotoçəkilin movcud olmadığını göstərmişdir. Özü də anlaşılmaz vəziyyətdə qalaraq qərarın yazılmasının səbəbini bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri X9 İdarəsi Yol Patrul Xidmətinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın əməkdaşı gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə Bakı, Badamdar yolu 42 istiqamətində ** RK *** dövlət qeydiyyat nömrəli “Changan CS75” minik markalı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122-ci maddəsinə sasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır (maddə 122.5), barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər (maddə 122.6). Bakı şəhəri X9 İdarəsi Yol Patrul Xidməti inspektoru polis serjantı Rza-zadə Təbriz Şahin oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7519896 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilir ki, X5 idarə etdiyi “Changan CS75” minik markalı, ** RK *** dövlət qeydiyyat nömrəli avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 10:31-də Bakı, Badamdar Yolu 42 istiqamətində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bu barədə X4 İXM-in 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qərar qəbul edilməklə 100 manat cərimə tətbiq edilmiş və X3 yerləşdirilmişdir. AR İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, Bakı şəhəri X8 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Rza-zadə Təbriz Şahin oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş TP7519896 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X5 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta — “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmə” əməlini törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmiş və 3 bal tətbiq olunmuşdur. Məhkəmə ilkin mərhələdə inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına dair prezumpsiyadan çıxış etmiş, lakin şikayətçi tərəfindən təqdim edilən arqumentlər və faktlar bu prezumpsiyanı şübhə altına almağa kifayət qədər əsas vermişdir. Belə ki, X2 məhkəmə iclasında qərarın tətbiq edildiyi vaxt və yerdə qırmızı işıqdan keçmədiyini, həmçinin inzibati qərarda göstərilən xəta hadisəsini təsdiq edən foto və video sübutların mövcud olmadığını bildirmişdir. Məhkəmə iclasında təqdim edilən mobil tətbiq (“SMS radar” və “Asan Pay”) üzərindən də aydın olmuşdur ki, qərar yalnız cərimə məbləği və maddə göstəricisi ilə qeyd olunmuş, lakin inzibati xəta hadisəsini sübut edən heç bir vizual material (foto və ya video) əlavə edilməmişdir. Halbuki, İXM-in 122.1 və 122.3-cü maddələrinin tələblərinə əsasən, 327.2-ci maddə ilə nəzərdə tutulmuş inzibati xəta yalnız foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin məlumatları əsasında rəsmiləşdirilə bilər və həmin qərarlara inzibati xəta hadisəsinin foto və ya video görüntüləri əlavə edilməlidir. Bu baxımdan, inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qanunvericiliklə müəyyən edilmiş prosessedur tələblərə riayət olunmadan tərtib edildiyi müəyyən olunur. Belə ki, inzibati orqan inzibati xəta hadisəsini təsdiq edən əsas sübutu — texniki vasitənin qeydlərini təqdim etməmiş, qərarın reallığını və faktiki əsasını sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətin təməl prinsipi — şəxsin təqsirinin sübuta yetirilməsi prinsipidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə, o, təqsirsiz hesab olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə isə, şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Bu iş üzrə isə, inzibati xəta hadisəsini təsdiq edən sübutların olmaması, foto və video görüntülərin təqdim edilməməsi, həmçinin inzibati qərarın hazırlanmasında texniki vasitələrin tətbiq edildiyinə dair məlumatların göstərilməməsi məhkəmədə hakimdə inamı şikayətçinin dediklərinin həqiqətə uyğunluğu istiqamətində formalaşdırmışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta tərkibi mövcud olmayan halda inzibati məsuliyyətə cəlb edilməyə yol verilə bilməz. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda, İXM-in 134.1.3 və 135.1.5-1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılarkən 53-cü maddədə nəzərdə tutulmuş hallar müəyyən edildikdə, məhkəmə inzibati tənbeh vermə haqqında qərarı ləğv etməli və inzibati icraata xitam verməlidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, inzibati xəta hadisəsini təsdiq edən sübutlar təqdim edilməmiş, inzibati orqan qərarı qanunla müəyyən edilmiş qaydada tərtib etməmiş, şəxsin təqsiri sübuta yetirilməmişdir. Buna görə də inzibati xəta tərkibi müəyyən edilmədiyindən, inzibati tənbeh tətbiqi barədə qərarın qüvvədə saxlanılması üçün hüquqi əsas mövcud deyil. Yuxarıda göstərilən hüquqi və faktiki əsaslara görə, məhkəmə belə nəticəyə gəlir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhəri X8 İdarəsinin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7519896 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X4 barəsində Bakı şəhəri X9 İdarəsi Yol Patrul Xidməti inspektoru polis serjantı Rza-zadə Təbriz Şahin oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, əsassız yazılmış 100 manat inzibati cərimə və 3 bal silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X4 barəsində Bakı şəhəri X9 İdarəsi Yol Patrul Xidməti inspektoru polis serjantı Rzazadə Təbriz Şahin oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, əsassız yazılmış 100 manat inzibati cərimə və 3 bal silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar