Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-112/2023 30.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1993-cü ildə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 11088612 saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməməsi göstərilmişdir. İnzibati materialı tədqiq edərkən məhkəmə müəyyən etmişdir ki, polis qurumu şəxsin cərimə olunması barədə ona qanunvericiliyin qaydalarına əsasən məlumat göndərməmiş, yəni şəxsin cərimə olunmasından məlumatı olmamışdır. Belə olan halda isə şəxsin məlumatı olmadığı cəriməni qəsdən ödəməkdən yayınması ilə ittiham edərək barəsində inzibati tənbehin tətbiqi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanmış icraata isə xitam verilir. Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə işin hallarına qayıdaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Şirvan şəhər polis şöbəsinin əməkdaşı tərəfindən Şəxs qeydiyyatda olduğu ünvana protokol üzrə tətbiq edilmiş cərimənin müəyyən edilmiş müddətdə ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin zərf geri qaytarılaraq ünvandan köçməsi qeyd olunmuşdur. Bununla kifayətlənərək heç bir araşdırma aparmadan, qanunla nəzərdə tutulmuş qaydada digər üsullarla inzibati xəta barəsində məlumatlandırılmamış, protokol tərtib olunaraq Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd olunanlara münasibət bildirərək belə nəticəyə gəlir ki, inzibati xəta törədən Şəxs hərəkətlərində inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-112/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-112/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver