Məhkəmə qərarları › İş №3(032)-1120/2022

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1120/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1120/2022 20.09.2022 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx.xx.2003-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Şəxs 02 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində “VAZ 21144” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan Şirvan şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yolun əks istiqamətinə iki dəfə dönmə əməliyyatı aparmış, nəticədə X5 idarə etdiyi Chevrolet markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Vüsal Əliyevin avtomobilində sərnişin qismində olan X1 yüngül zərər vurmaya aid xəsarətlər, Vüsal Əliyev isə sağlamlığına zərər vurmayan xəsarətlər almışlar. X2 avtomobilə ümumilikdə 7960 manat ziyan dəymişdir. İnzibati xəta hadisəsinin olması 18 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin , zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onun sürücülük vəsiqəsi olmasa da bir ay bundan əvvəl o, Orxan adlı şəxsdən 9000 manata VAZ-21014 markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobil almışdır. O, həmin avtomobili öz adına rəsmiləşdirmək istəsə də, lakin bunu etməmiş, aldığı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 12:25 radələrində o, idarə etdiyi VAZ-21014 markalı avtomobili Şirvan şəhəri, H.Əliyev prospektində “Şirvan” dayanacağı” adlanan yerin yaxınlığında yerləşən “Şirvan” marketin qarşısında saxlayaraq mağazaya getmişdir. Bir qədər sonra o, avtomobilinə əyləşmiş və həmin yerdən dönərək arxaya “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət etmək istəmişdir. O, yolu tez dönmək üçün avtomobili surətlə hərəkət etdirmiş, onun idarə etdiyi avtomobil əks istiqamətə dönsə də, lakin o, idarəetməni itirmiş, sükanı saxlaya bilməmiş və nəticədə onun idarə etdiyi avtomobil yenidən mağazanın yerləşdiyi tərəfə yolun ortasında dönmüşdür. Həmin vaxt onun idarə etdiyi avtomobil adını sonradan bildiyi X5 idarə etdiyi **-NE-*** dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin hərəkət zolağına çıxmış, nəticədə onun idarə etdiyi avtomobilin ön hissəsi Vüsal Əliyevin idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşmuş, bundan sonra Vüsal Əliyevin idarə etdiyi avtomobil yolun kənarında dayanmış QAZ-31105 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə dəymişdir. Toqquşmadan sonra o, tibbi yardım almaq üçün xəstəxanaya müraciət etmişdir. O, həmçinin qeyd etmişdir ki, o, hadisə baş verən zaman avtomobildə tək olmuşdur. Hazırda dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, onun etibarnamə ilə idarə etdiyi **-NE-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobili vardır. xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində o, idarə etdiyi **-NE-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobili ilə Şirvan şəhəri, H.Əliyev prospektində “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətindən Hacıqabul rayonu istiqamətində saatda 45-50 km/saat surətlə hərəkət etmişdir. O, H.Əliyev prospektində hərəkətdə olarkən orada yerləşən “Şirvan” marketin yaxınlığında yolu sağdan sola dönmə əməliyyatı aparan VAZ- 21014 markalı avtomobili görmüşdür. O, bunu görən zaman onun idarə etdiyi avtomobil ilə həmin avtomobil arasında 15-20 metr məsafə olmuşdur. O, həmin avtomobilin Azpetrol yanacaq doldurma məntəqəsi istiqamətində gedəcəyini düşünmüş və avtomobilinin surətini azaltmağa başlamışdır. Lakin həmin avtomobilin sürücüsü adını sonradan bildiyi Şəxs idarə etdiyi VAZ-21014 markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobili ilə yolun sağından soluna dönmə əməliyyatı apardıqdan sonra təkrar yolun solundan sağına onun hərəkət zolağına dönmə əməliyyatı aparmışdır. O, Cavidin ikinci dəfə dönmə əməliyyatı aparacağını düşünməmiş və bu anidən baş verdiyi üçün bunu görə bilməmiş, nəticədə Cavid idarə etdiyi avtomobil ilə onun hərəkət zolağına çıxmışdır. O, toqquşmanın qarşısını almaq üçün əyləcdən istifadə etsə də, onun idarə etdiyi avtomobilin ön hissəsi Cavidin idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra o, idarə etməni itirmiş və nəticədə onun idarə etdiyi avtomobil yolun kənarında dayanmış QAZ-31105 markalı **-BF- *** dövlət nömrə nişanlı avtomobilə dəymişdir. Toqquşmadan sonra onun avtomobilinin ön oturacağında əyləşmiş sərnişin X3 və VAZ-21014 markalı avtomobilin sürücüsü Şəxs xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar. O, həmçinin qeyd etmişdir ki, hadisə zamanı onun idarə etdiyi avtomobildə yalnız o və Fərhad Hüseynov olmuşdur. Hazırda dəymiş ziyan ödənilməmişdir, lakin şikayətçi deyil, Şəxs gənc olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında X9 izahatında bildirdi ki, onun QAZ-31105 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili vardır. xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində o, idarə etdiyi avtomobilini Şirvan şəhəri, H.Əliyev prospektində “Şirvan” dayanacağı” adlanan yerin yaxınlığında yerləşən “Şirvan” marketin qarşısında saxlayaraq mağazaya getmək üçün düşmüşdür. O, mağazaya daxil olmaq istəyən zaman mağazadan bir qədər kənarda adını sonradan bildiyi Şəxs idarə etdiyi VAZ-21014 markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobili ilə yolun ortasında dönmə əməliyyatı aparan zaman H.Əliyev prospekti ilə Hacıqabul rayonu istiqamətində hərəkət edən adını sonradan bildiyi X5 idarə etdiyi Chevrolet markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Toqquşmadan sonra Vusal Əliyevin idarə etdiyi avtomobil yolun kənarında dayanmış ona məxsus avtomobilə dəymişdir. Toqquşmadan sonra Şəxs və Vüsalə Əliyevin idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X6 xəsarət aldıqları üçün xəstəxanaya aparılmışdır. O, həmçinin qeyd etmişdir ki, hadisə baş verən zaman onun idarə etdiyi avtomobildə heç kim olmamış, o, özü də mağazaya getmək üçün avtomobildən düşmüşdür. İş materiallarında olan avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş 02 iyun 2022-ci il tarixli rəy və aktından görünür ki, ** NE *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze” markalı avtomobilə ümumilikdə 7960 manat maddi ziyan dəymişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli, 65 saylı tibbi-müayinə protokolundan görünür ki, Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 30 iyun 2022-ci il tarixli 249 nömrəli rəyində göstərilmişdir ki, Şəxs bədən səthində aşkar olunan xəsarətlər-hər iki dizdə əzilmiş-cızılmış yara, sol diz oynağında şişkinlik-hərəkət məhdudluğu-küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 iyun 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Tibbi sənədlərdə qeyd olunan “burun nahiyyəsinin əzilməsi və sınıq” diaqnozuna gəlincə isə həmin xəsarətlər obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə əmtəşünaslıq ekspertizasının 05 avqust 2022-ci il tarixli 8/1570 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21014 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Chevrolet Cruze markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. QAZ-31105 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 30 avqust 2022-ci il tarixli, 243 nömrəli rəyində göstərilmişdir ki, X5 bədən səthində aşkar olunan xəsarətlər-belin sol tış hissəsində qançır, sol dizdə sıyrıqlar-küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 iyun 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh verilməsini qanunauyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyəti nəzərə alınır. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılığını, gənc olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda,hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilsin. İnzibati xəta törətmiş Şəxs 7960 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs X8 verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məmmədova Səidə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar