Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1121/2024 27.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 verdiyi şikayəti və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzrəd tutulan inzibati xəta törədildiyinə görə X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar əsasında təyin edilmiş 1500 manat məbləğində cərimə məbləğinin silinməsini məhkəmədən xahiş etmişdir. X1 vəsatətlə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzrəd tutulan inzibati xəta törədildiyinə görə X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarından şikayət verməyi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti nəzərdən keçirərək hesab edirəm ki, vəsatət və ona əlavə edilmiş şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərindən göründüyü kimi inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətini ötürmüş şəxslər tərəfindən müddətin bərpası ilə müraciət etmək hüququna malikdirlər. X8 Məcəlləsinin 130.2-ci maddəsinin tələblərindən göründüyü kimi müddətin bərpası ilə bağlı şəxsin vermiş olduğu vəsatətə hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılması nəzərdə tutulmuşdur. Yəni inizbati qərarı qəbul etmiş olan orqanın və ya məhkəmənin qərarından verilmiş şikayət üzrə müddətin bərpası məsələsinə baxılması nəzərdə tutulmuşdur. Hazkırı halda barəsində tətbiq edilmiş olan inzibati xəta ilə bağlı qərardan narazı qalan tərəf müddətin bərpası ilə bağlı olaraq inzibati qərarı qəbul etmiş orqana müraciət etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi də həmin səlahiyyətli orqanın özü tərəfindən həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarıldığından sonuncunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından vermiş olduğu şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılsın. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından vermiş olduğu şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1121/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1121/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver